SON XƏBƏRLƏR

İsrail ordusu İranın Dəməşq ətrafındakı silah anbarlarını raket atəşinə tutub

2021.10.20, 07:36
İsrail ordusu İranın Dəməşq ətrafındakı silah anbarlarını raket atəşinə tutub

Gunaz.tv

GünazTV: Fevralın 13-ü axşam saatlarında İsrailin hava qüvvələri Suriyada İranın Dəməşq ətrafındakı silah anbarlarını raket atəşinə tutub.

 

Bu barədə “Əl-Ərəbiyyə” mənbələri Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının yaydığı xəbərə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, İsrailin hava qüvvələri həmçinin Suriya ordusunun paytaxtın cənubunda yerləşən “Əl-Kesvə” məntəqəsindəki 1-ci diviziyasının mövqelərini hədəf alıb. Hava zərbələri nəticəsində İranın Dəməşq hava limanına yaxınlığındakı bir neçə silah-sursat və raket anbarları məhv edilib. Raket hücumlarının Colan yüksəkliklərindən həyata keçirildiyi bildirilir.

 

Bildirilir ki, raket hücumları, İranın Suriyaya göndərdiyi külli miqdarda silah-sursatın Dəməşqin hava limanına çatdırılmasından bir neçə saat sonra gerçəkləşdirilib.

 

İsrailin İranın Dəməşq yaxınlığındakı silah anbarlarına qarşı hücumunu təsdiqləyən Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı bəyanat yayaraq bildirib ki, hava zərbələri nəticəsində “Sepah” qüvvələrinin mümkün itkilərinin sayı hələlik bəlli deyil.

 

Xatırladaq ki, İranın Suriyadakı hərbi varlığı barədə dəfələrlə xəbərdarlıq edən İsrail ordusu, son illər “Sepah”ın Dəməşq və onun ətrafındakı hərbi baza və mövqelərinə qarşı yüzlərlə hava zərbələri endirdiyini bildirir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar