SON XƏBƏRLƏR

İsrail ordusu İranla Amerika arasında mümkün müharibədə iştirak etmək üçün hazırlaşır

2021.10.20, 07:36
İsrail ordusu İranla Amerika arasında mümkün müharibədə iştirak etmək üçün hazırlaşır

Gunaz.tv

GünAz TV: İsrailin xarici işlər naziri Yisrael Katz ölkəsinin ordusunun Amerika Birləşmiş Ştatları ilə İran arasında baş tuta biləcək müharibədə iştirak etmək üçün hazırlandığını deyib.

 

Son aylar ərzində körfəzdə ABŞ ilə İran arasında gərginlik pik həddə çatıb. Xüsusilə də, Amerikanın terrorizmə dəstəyi kəsməsi üçün İrana qarşı diplomatik təzyiqləri, neft tankerlərinə edilmiş hücumlar, ABŞ-a məxsus pilotsuz uçan aparatın “Sepah” terror təşkilatı tərəfindən vurulması və digər bu kimi hallar iki tərəf arasında müharibə ehtimalını şiddətləndirib.

 

Yisrael Katz İsrailin Herzliya şəhərində təhlükəsizlik mövzusunda keçirilən konfransda çıxışı zamanı İranın “boz region” adlandırdığı bölgədən çıxmasıyla hərbi toqquşmaların başlaya biləcəyini deyib.

 

“İran rejiminin səhv hesablamalarının müharibə amili olacaq boz regiondan qırmızı regiona keçməyə səbəb ola biləcəyindən, bu məsələyə diqqət yetirmək lazımdır”- deyə XİN rəhbəri vurğulayıb.

 

O əlavə edib ki, buna görə ölkəsi hər bir vəziyyətə hazır olmalıdır və İsrail dövləti mümkün müharibədə iştirak etmək üçün ordunu tam hazır vəziyyətə gətirməklə məşğuldur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar