SON XƏBƏRLƏR

İsrail ordusu növbəti dəfə Qəzza zolağını atəşə tutub

2021.10.20, 07:36
İsrail ordusu növbəti dəfə Qəzza zolağını atəşə tutub

Gunaz.tv
İsrail ordusu növbəti dəfə Qəzza zolağını atəşə tutub israil ordusunun acdığı atəş nəticəsində mərmilərdən biri Qəzzanın cənubundakı yaşayış evinə düşüb. Nəticədə həyətdə oynayan 6 yaşlı qız uşağı həlak olub, onun iki qohumu yaralanıb. Həkimlər onun başının üzüldüyünü bildiriblər. İsrail tərəfi məsələyə aydınlıq gətirərək, hərbçilərin ölkənin cənubunu raket atəşinə tutmağa hazırlaşan bir qrup fələstinli döyüşçünü hədəfə aldıqlarını bildirib. Hədəfin dəqiq vurulduğunu bəyan edən İsrail hərbçiləri fələstinli sakinlər arasında itkilərin olması barədə məlumata malik olmadıqlarını bəyan ediblər. Qəzzaya nəzarət edən "Həmas" qruplaşması İsrailin bölgədə həyata keçirdiyi əməliyyatın gedişində 1 silahlının öldürüldüyünü təsdiqləyib. Qeyd edək ki, İsrail rəhbərliyi "Həmas"la atəşkəs imzalanması və ya Qəzzada bu qruplaşmaya qarşı genişmiqyaslı əməliyyatların başlanmasını müzakirə etdiyi bir vaxtda, bölgədə zorakılıq hallarının sayı kəskin şəkildə artıb. Baş nazir Ehud Olmert bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bununla yanaşı, toplantıda hansı həlledici qərarların çıxarılacağı hələlik məlum deyil. Qeyd edək ki, il ərzində fələstinlilərin raket atəşləri 4 yəhudi sakinin həyatına son qoyub. Bu baxımdan ictimaiyyət təcili tədbirlər görülməsi ilə bağlı hökumətə təzyiq göstərir. Ölkənin cənubundan olan sakinlər Qüdsdə askiya keçirərək, İsrail hökumətinin Fələstin silahlılarına qarşı qəti tədbirlər görməməsinə öz etirazlarını bildiriblər. Onlar həyatlarının hər gün təhlükəyə məruz qaldığını və bu cür yaşamağın mümkün olmadığını bildiriblər. Əlavə edək ki, fələstinlilər İsrailin Cənubunu 7 ildir ki, raket zərbəsinə məruz qoyurlar. 2005-ci ildə İsrail qoşunlarını Qəzzadan çıxardıqdan, daha sonra isə "Həmas" bölgədə hakimiyyəti ələ keçiridikdən sonra yəhudi yaşayış məntəqələrinə raket atəşinin intensivliyi də artıb 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar