SON XƏBƏRLƏR

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

2021.10.20, 07:36
İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

Gunaz.tv

GünAz TV: Ötən gecə Qəzza zolağından İsrailin cənubundakı Beer Şeva şəhərinə doğru iki raket atılıb.


APA “RİA Novosti”yə istinadla xəbər verir ki, hər iki raket “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən vurulub.


Məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.

 

Qeyd edilib ki, hava zərbələrindən əvvəl İsrailin cənubunda raket xəbərdarlığı siqnalları səsləndirilib.


Qeyd edək ki, tərəflər arasında qarşılıqlı hava hücumları çərşənbə axşamı və çərşənbə günləri davam edib. Qəzza səlahiyyətliləri 34 fələstinlinin öldüyünü və 100-dən çox adamın yaralandığını bildirib.


Cümə axşamı səhər İsrail hakimiyyəti və “İslam Cihad” qruplaşması arasında atəşkəs barədə razılıq əldə edilsə də, yenidən tərəflər bir-birinə zərbələr endirməkdə davam edib.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar