SON XƏBƏRLƏR

İsrail ordusunun yeni strategiyası proqramında “İrana qarşı özəl qərargah” yaradılıb

2021.10.20, 07:36
İsrail ordusunun yeni strategiyası proqramında “İrana qarşı özəl qərargah” yaradılıb

Gunaz.tv

GünazTV: İsrail ordusu ölkənin silahlı qüvvələri üçün hazırladığı beş illik yeni strategiyası proqramı çərçivəsində “İrana qarşı özəl bir qərargah”ın yaradılmasından xəbər verib.

 

Bu barədə, İsrailin bir neçə qəzet və telekanalı fevralın 14-də məlumat yayıb.

 

Bildirilir ki, İsrail ordusunun yeni strategiyası proqramında yaradılan “İrana qarşı özəl qərargah”a bir general başçılıq edəcək. Qeyd edilir ki, “Momentom” adı ilə hazırlanan beş illik proqramın hazırlanmasında məqsəd, İsrail silahlı qüvvələrinin düşmnlərin təhlükəsi qarşısında ildırımsayağı çevikliyini təmin etmək və onun ən qısa zamanda düşmənin mövqelərini yüksək diqqətlə hədəf alıb məhv edə bilməsi üçün güc və qabiliyyətini artırmaqdır.

 

İsrail Ordusunun Baş Qərargah rəisi general leytenant Aviv Koxavinin bildirdiyinə görə, artıq 33 günlük və ya 50 günlük müharibələr dövrü çoxdan başa çatıb və İsrail ordusu hazırda düşməni iki-üç gün ərzində iflic edib məhv etmək gücünə yiyələnməlidir. İsrail ordusunun yeni strategiyası proqramında İranla mümkün savaşa hazırlıq üçün özəl qərargahın yaradılması da məhz bununla əlaqələndirilir.

 

Yayılan məlumatlara əsasən, yaradılan qərargahın əsas vəzifəsi İranla bağlı hərbi təhdidləri təhlil və analiz etmək, ona uyğun tədbir görməkdir. Həmçinin İsrail mediasının yaydığı xəbərə əsasən, İsrail ordusunun yeni strategiyası proqramında İran təhdidi ilə bağlı yaradılmış özəl qərargah, demək olar ki, bir növ “Sepah”ın ölkədən kənar əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” briqadasının qarşılığı sayılacaq və “Sepah”ın təhdid və təxribat xarakterli hədəflərini zərərsizləşdirən bir qurum kimi fəaliyyət göstərəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar