SON XƏBƏRLƏR

İsrail prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

2021.10.20, 07:36
İsrail prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Gunaz.tv

GünAz TV: İsrail prezidenti Reuven Rivlin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri. İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı. Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar