SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriyada İrana bağlı hərbi qruplaşmaların bazalarını bombardman edib

2021.10.20, 07:36
İsrail qırıcıları Suriyada İrana bağlı hərbi qruplaşmaların bazalarını bombardman edib

Gunaz.tv

GünAzTV: Noyabrın 29-u axşam saatlarında İsrail qırıcıları Suriyada İrana bağlı hərbi qruplaşmaların bazalarını bombardman edib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

 

Bildirilir ki, İsrail qırıcıları bir neçə mərhələdə, İranın dəstəklədiyi hərbi qruplaşmaların Dəməşqdə və Suriyanın cənubunda yerləşən “Əl-Kusuh” məntəqəsindəki hərbi mövqelərinə və onların silah anbarlarına hava zərbələri endirib. Bir saat davam edən hücum nəticəsində bir neçə silah anbarı, eləcə də İrana bağlı onlarla hərbi muzdlu məhv edilib.

 

Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarına qarşı geniş atəş açsa da, atılan raketlər hədəfə dəyməyib.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları, “Sepah”ın Dəməşq və Suriyanın digər bölgələrindəki hərbi mövqelərini və onların silah anbarlarını onlarla dəfə bombardman edib. Hava hücumları nəticəsində onlarla “Sepah” muzdlusu məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar