SON XƏBƏRLƏR

İsrail qırıcılarının Dəməşq ətrafına endirdiyi hava zərbələri nəticəsində “Sepah” və “Hizbullah”ın silah anbarları məhv edilib

2021.10.20, 07:36
İsrail qırıcılarının Dəməşq ətrafına endirdiyi hava zərbələri nəticəsində “Sepah” və “Hizbullah”ın silah anbarları məhv edilib

Gunaz.tv

GünAzTV: Dekabrın 25-i axşam saatlarında İsrail qırıcılarının Suriya paytaxtı Dəməşq ətraında keçirdiyi hava hücumunda, “Sepah” və Livan “Hizbullah”ının silah anbarları məhv edilib.

 

Suriya İnsan Hüquqlarına Nəzarət Təşkilatının rəisi Rami Əbdülrəhman məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, İsrail qırıcılarının Dəməşqin qərb və cənub hissəsində, “Əl-Kəsuh” və “Dimas” məntəqələrinə endirdiyi raket zərbələri nəticəsində “Sepah” və Livan “Hizbullah”ının silah anbarları hədəfə alınaraq məhv edilib.

 

Hava zərbələrində, “Sepah” və Hizbullah”ın itkiləri açıqlanmasa da, hücumlarda ən azı 3 nəfərin yaralandığı bildirilir. Suriyanın hava hücumundan müdafiə qüvvələrinin iddiasına görə,  İsrail qırıcılarının atdığı raketlərdən bir neçəsi hədəfə dəymədən əvvəl havada vurulub.

 

 

Xatırladaq ki, son günlər İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında İranın Suriyadakı hərbi varlığına qarşı əməliyyatları gücləndirəcəklərini bildirmişdi.

 

Dekabrın 23-də hökumət iclasında çıxış edən Netanyahu, İranın Suriyadakı hərbi qüvvələrinə qarşı əməliyyatları şiddətləndirəcəklərini açıqlamışdı. O demişdi ki, İsrail zərurət yaranarsa Suriyada İranın hərbi varlığına qarşı keçirilən hava hücumlarının  sayını artıracaq: “Mən bir daha bildirirəm ki, biz, İranın Suriyadakı hərbi varlığını möhkəmləndirməsinin qarşısını alacaq, lazım olarsa, İranın hərbi qüvvələrinə qarşı əməliyyatlarımızı gücləndirəcəyik”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar