İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda 11-i “Sepah”çı olmaqla 16 terrorçu məhv edilib

2021-01-13 13:20

Bu gün səhər saatlarında İsrail qırıcılarının Suriyada gerçəkləşdirdiyi çoxsaylı hava hücumunda 11-i “Sepah”çı olmaqla ən azı 16 terrorçu məhv edilib.

Gunaz.tv Quote | Gunaz article

Suriyanın “Sana” agentliyinin yaydığı xəbərə əsasən, İsrail qırıcıları bu ölkənin İraq sərhəddinə yaxın Derəzzur və Əlbu-Kamal  məntəqələrində yerləşən “Sepah” və “Hizbullah” terror təşkilatlarının iki hərbi bazasını hədəfə alıb.  

 
Mərkəzi qərargahı Londonda olan Suriya İnsan Haqları Monitorinq Qrupunun bununla bağlı yaydığı məlumatında isə bildirilir ki, İsrail qırıcılarının endirdiyi hava zərbələri nəticəsində “Sepah” terror təşkilatının ən azı 11 üzvü, İraq “Hizbullah”ının isə 5 muzdlusu məhv edilib, onlarla nəfər yaralanıb.


Hava hücumda ölənlər arasında “Sepah”ın “Qüds” qüvvələrinin nəzdində fəaliyyət göstərən, Əfqanıstanın şiə vətəndaşlarından inarət “Fatimiyyun” briqadasının muzdlu yaraqlılarının da olduğu deyilir. 


Yayılan bəzi məlumatlarda isə hava zərbələri nəticəsində ölənlərin sayının 23 nəfər, yaralananların sayının isə 28 nəfərdən çox olduğu vurğulanır. 


Bildirilir ki, İsrail qırıcılarının həyata keçirdiyi hücumlarda hər iki hərbi bazaya qarşı 18 dəfə hava zərbələri endirilib. 


Qeyd edək ki, İsrail ordusunun hava qüvvələri 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladığı vaxtdan indiyədək, bu ölkədə fəaliyyət göstərən “Sepah”ın və “Hizbullah” qruplaşmasının hərbi baza və silah anbarlarıı yüzlərlə dəfə bombardman edib. Bununla da həmin qruplaşmaların İsrail sərhədlərinə yaxınlaşmasının və onların təxribat xarakterli fəaliyyətinin qarşısı alınıb. 

اسرائیل بارها به سوریه حمله کرده

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək – FOTOLAR

2021-01-17

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 6 016 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-17

gun az article

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

2021-01-17

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

2021-01-17

gun az article

"Spikerimiz Mirzoyan türklərin agentidir" – Minasyan

2021-01-17

gun az article

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

2021-01-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

2021-01-17

gun az article

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

2021-01-17

gun az article

Kəlbəcərin Hacıkənd kəndinin - GÖRÜNTÜLƏRİ - VİDEO

2021-01-16

gun az article

Amerika İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

2021-01-16

gun az article

İranda koronavirusdan daha 96 nəfər vəfat edib, 6 100 yeni növ “Covid-19”infeksiyasına yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-16

gun az article

İran ABŞ-la gərginliyin artması fonunda balistik raket təlimləri keçirir

2021-01-16

gun az article

İranda 5,5 bal gücündə zəlzələ olub

2021-01-16

gun az article

Kafe-restoranlar açılır

2021-01-16

gun az article

SMS-icazə ləğv olunur

2021-01-16

gun az article

Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

2021-01-16

gun az article

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Fotolar və VİDEO

2021-01-16

gun az article

"WhatsApp" qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

2021-01-16

gun az article

GünazTV Jan.15.2021 : “Amerikanın yeni Prezidenti Coe Bayden 1,9 triliyon dollarlıq yardım paketini açıqladı”

2021-01-15

gun az article

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar

2021-01-15