İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda “Sepah”ın 19 pakistanlı muzdlusu həlak olub

2020-11-27 11:16

İsrail ordusunun qırıcılarının noyabrın 27-si sübh saatlarında Suriyada gerçəkləşdirdiyi hava hücumunda “Sepah” terror təşkilatının “Qüds” briqadasının pakistanlı muzdlulardan təşkil edilmiş “Zeynəbiyyun” briqadasının 19 üzvü həlak olub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, mərkəzi qərargahı Londonda olan Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb. 


Məlumatda bildirilir ki, İsrailə məxsus olduğu təxmin edilən qırıcılar sübh saatlarında Suriyanın Deyrəzzur əyalətinin Əlbu-Kamal məntəqəsinin yaxınlığında keçirdiyi hərbi hava hücumlarında “Sepah”ın pakistanlı şiə muzdlularının mövqeləri və onların hərbi qərargahları hədəfə alınıb. 


Yayılan məlumata əsasən, hava zərbələri nəticəsində əksəriyyəti “Zeynəbiyyun” briqadasının üzvlərindən olan ən azı 19 pakistanlı muzdlu həlak olub. Ölənlər arasında “Zeynəbiyyun” briqadasının 2 yüksək rütbəli komandirinin olduğu da bildirilir. Hava hücumunda həmçinin çoxlu sayda yaralı olduğu qeyd edilir.


Rəsmi Tel-Əviv bununla bağlı yayılan məlumatlara hələ ki, hər hansı bir reaksiya verməyib. 


Xatırladaq ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub.


Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər İran rejiminin Suriya hökümətinə yardım məqsədilə bu ölkəyə göndərdiyi minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə döyüşlərdə həlak olub.  


Ölənlərin isə əksəriyyətini İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan şiələrindən ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək – FOTOLAR

2021-01-17

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 6 016 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-17

gun az article

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

2021-01-17

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

2021-01-17

gun az article

"Spikerimiz Mirzoyan türklərin agentidir" – Minasyan

2021-01-17

gun az article

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

2021-01-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

2021-01-17

gun az article

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

2021-01-17

gun az article

Kəlbəcərin Hacıkənd kəndinin - GÖRÜNTÜLƏRİ - VİDEO

2021-01-16

gun az article

Amerika İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

2021-01-16

gun az article

İranda koronavirusdan daha 96 nəfər vəfat edib, 6 100 yeni növ “Covid-19”infeksiyasına yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-16

gun az article

İran ABŞ-la gərginliyin artması fonunda balistik raket təlimləri keçirir

2021-01-16

gun az article

İranda 5,5 bal gücündə zəlzələ olub

2021-01-16

gun az article

Kafe-restoranlar açılır

2021-01-16

gun az article

SMS-icazə ləğv olunur

2021-01-16

gun az article

Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

2021-01-16

gun az article

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Fotolar və VİDEO

2021-01-16

gun az article

"WhatsApp" qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

2021-01-16

gun az article

GünazTV Jan.15.2021 : “Amerikanın yeni Prezidenti Coe Bayden 1,9 triliyon dollarlıq yardım paketini açıqladı”

2021-01-15

gun az article

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar

2021-01-15