SON XƏBƏRLƏR

İsrail şirkəti İrana neft tankeri satmaqda suçlanır

2021.10.20, 07:36
İsrail şirkəti İrana neft tankeri satmaqda suçlanır

Gunaz.tv

GünAz TV: Ötən həftə İranla ehtimal edilən ticarət əlaqələrinə görə Amerika Dövlət Departamentinin (xarici işlər nazirliyinin) qara siyahısına düşmüş İsrail şirkəti çətinliklərlə qarşılaşır.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, İsrailin ən zəngin ailəsinə məxsus Ofer Brothers Group şirkətinə qarşı onun filiallarından biri İrana neft tankeri satdığına görə sanksiya (təhrim) qoyulub.

ABŞ (Amerika Birləşmiş Ştatları) və müttəfiqlər mübahisəli nüvə proqramına görə İranla ticarət əlaqələrinə sanksiya tətbiq etmişdi. İran öz növbəsində nüvə ambisiyalarının (cahtələbliyi) dinc xarakter (dinc mahiyyət) daşıdığını bildirir. ABŞ Dövlət Departamenti Ofer biznes şirkətinin filiallarının fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu bildirib. Ofer Brothers Group-u ittihamları təkzib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar