SON XƏBƏRLƏR

İsrail Suriyada İran və Hizbullaha məxsus mövqelərə raket zərbələri endirib: Çoxlu sayda ölən və yaralanan var

2021.10.20, 07:36
İsrail Suriyada İran və Hizbullaha məxsus mövqelərə raket zərbələri endirib: Çoxlu sayda ölən və yaralanan var

Gunaz.tv

GünAz TV: İsrail son 1 həftədən az bir müddətdə Suriyada "Sepah" terror təşkilatı və Hizbullaha məxsus mövqelərə 2-ci dəfə hava hücumu edib.

 

Suriya İnsan Haqları Monitorinq Qrupunun yaydığı məlumata əsasən, hücum nəticəsində 4 "sepahçı" və 3 Suriya rejiminin hərbçisi həlak olub.

 

İsrail Hərbi Hava Qüvvələrinin son bir neçə gündə Suriyada həyata keçirdiyi sayca 2-ci olan bu hücum bu gün sübh saat 5 radələrində baş tutub.

 

Yerli media orqanlarının məlumatına görə, İsrailin hədəfi Dəməşq əyalətinin Kisvə şəhəri, eləcə də "Seyyidə Zeynəb" adlanan bölgədə yerləşən İran, Hizbullah və onlara bağlı digər yaraqlıların mövqeləri olub.

 

"Əl-Məyadin" telekanalında yayılan xəbərdə isə İsrail qırıcıların raketləri Livan səmasından buraxdığı deyilir.

 

Hücumdan bir neçə saat öncə İsrailin Müdafiə naziri Naftali Bennet ölkəsinin müdafiə xarakterli addımlardan geri çəkilməyəcəyini və bu istiqamətdə İrandan da qətiyyətli olduğunu bəyan etmişdi. O, həmçinin qeyd etmişdi ki, İran, Hizbullah və Suriya rejiminin hazırda döyüş meydanlarında vəziyyəti yaxşı deyil.

 

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası yayılandan sonra İsrailin Suriyada İran və Hizbullah mövqelərinə qarşı hücumları bir müddətlik səngimişdi. Lakin bu gün endirilən raket zərbələri ilə birlikdə İsrail son 12 gün ərzində Suriyada 3 hava əməliyyatı keçirib.

 

Aprelin 20-də İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Dəməşqə rəsmi səfəri ilə eyni vaxtda İsrail HHQ-nın Hüms əyalətinin Palmira bölgəsinə endirdiyi raket zərbələri nəticəsində 9 "sepahçı" və onların muzdurları həlak olmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar