GünAz TV: İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq ətrafında kənd yerlərini raket atəşinə tutub.
Oxu.az-ın yaydığı məlumatda bildirilir ki, raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.
Raketlər Livanın (Lübnan) hava məkanında döyüş təyyarələrindən buraxılıb.
İsrail ordusunun nümayəndələri hadisəni şərh etməkdən imtina ediblər.
N.S