SON XƏBƏRLƏR

İsrail və Türkiyə arasında diplomatik böhran yaranıb

2021.10.20, 07:36
İsrail və Türkiyə arasında diplomatik böhran yaranıb

Gunaz.tv
İsrail və Türkiyə arasında diplomatik böhran yaranıb Səbəb Mahmud Əhmədinejatın səfəri və Ankaranın Qərblə İran arasındakı vasitəçiliyidir ankara.jpg Mustafa Kamal Atatürkün qəbrini ziyarət etməyən fars prezidentinin səfərinin marşrutu və statusu dəyişdirilib İsrail İran prezidenti Mahmud Əhmədinejatın gələn həftə Türkiyəyə gerçəkləşən səfərinə rəsmən etirazını bildirib. İsrailin "Haartez" qəzeti yazır ki, bu ölkənin Ankaradakı səfiri Gabi Levy türk rəsmilərinə etirazı çatdırıb və səfir Qüdsə çağrılıb. Türkiyənin səfiri Namik Tan da İsrail Xarici İşlər Nazirliyinə dəvət olunub. Qəzet bildirir ki, Xarici İşlər Nazirliyində Namik Tana etirazın səbəbləri və bir sıra mesajlar çatdırılıb. Rəvan Məmmədli Birincisi, qeyd olunub ki, İsrail Türkiyənin yəhudi soyqırımını inkar edən bir lideri rəsmi səfər üçün dəvət etməsindən və beləliklə, ona legitimlik qazandırmasından xəyal qırıqlığına uğrayıb. "Haartez" xəbərin şərhində vurğulayır ki, Mahmud Əhmədinejat 4 ildir ki, Ankaradan rəsmi bir dəvət gözləyir, ancaq hər dəfə planlaşdırılan ziyarət təxirə salınıb. Amma son aylar baş nazir Rəcəb Tayyib Ərdoğanın İran rejimi və ABŞ arasında vasitəçi rolu oynamağa təşəbbüs göstərməsiylə Ankarayla Tehran arasındaki əlaqələr istiləşib. Rəcəb Tayyib Ərdoğan Vaşinqtona İsraillə Suriya arasındakı türk vasitəçiliyinə bənzər bir model təklif edib və həmin müzakirələri amerikalılarla iranlıların Türkiyədə aparmasını məsləhət görüb. Xatırladaq ki, az əvvəl Cenevrədə Tehranın nüvə proqramıyla bağlı ilk dəfə ABŞ dövlət departamentinin üçüncü şəxsinin də qatıldığı müzakirələrdə iştirak etmiş İranın nüvə məsələləri üzrə başmüzakirəçisi, Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili oradan Ankaraya gəlib. Səid Cəlili mətbuat konfransında maraqlı bir bəyanat verərək deyib ki, Türkiyə başlayan bu prosesdə çox önəmli və əsas rol oynayır. İyunda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedlinin Ankaraya səfərindən sonra Türkiyə İran problemi üzrə intensiv diplomatik fikir mübadiləsi məkanına çevrilib. ABŞ administrasiyasının nümayəndəsi Türkiyə rəhbərliyinə İranın nüvə layihələrilə əlaqədar məsələlər üzrə narahatlığını bildirib. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, mövcud qarşıdurmanın dialoq yolu ilə həlli üçün əllərindən gələni etməyə hazırdır. Qərbdə hesab edirlər ki, İran prezidenti Əhmədinejadın gələn həftə Türkiyəyə baş tutacaq səfəri Ankaranın son diplomatik səylərinin Vaşinqton və Tehranın mövqelərinin yaxınlaşmasına nə dərəcədə kömək etdiyini göstərəcək. "Haartez" qəzetinin yazısında isə başqa bir məqama da diqqət çəkilib. Məsələ ondadır ki, Mahmud Əhmədninejat modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə yönəlik zaman-zaman tənqidi fikirlər səsləndirib. Üstəgəl, İran prezidenti israrla protokola dəyişiklik edilməsini və Atatürkün qəbrini ziyarət məsələsinin protokoldan çıxarılmasını istəyib. Bütün bunlar da türk cəmiyyətində ciddi təpkilərə yol açıb. Türk mətbuatı ölkənin xarici siyasət idarəsindəki mənbələrə istinad yazıb ki, AKP hökuməti məsələdən çıxış yolu tapılıb. Mahmud Əhmədinejatın səfərinin marşrutu və rəsmi statusu dəyişdirilib. Gələn həftə o, Ankaraya deyil, işçi səfərlə İstanbula gəlməli, burada baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşməlidir. Yeri gəlmişkən, türk icmalçılarının fikrincə, Rəcəb Tayyib Ərdoğan Mahmud Əhmədinejadı region ölkələri arasında münaqişələrin tənzimlənməsi üzrə Ankaranın son təşəbbüsləri haqqında məlumatlandıracaq və İrandan nüvə proqramı ətrafındakı böhran məsələsində bir az "yumşaq" mövqedən çıxış etməyi xahiş edəcək. O da diqqət çəkir ki, baş nazir İsrail və Suriya arasında aktiv vasitəçilik rolu çərçivəsində bazar ertəsi Bodrumda Türkiyəyə ailəsilə birlikdə istirahətə gəlmiş Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu görüş beş saat davam edib. Onlar Türkiyə və Suriya arasındakı qarşılıqlı münasibətləri qiymətləndiriblər, ABŞ və İran arasında nüvə böhranının həll edilməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar. Bəşər Əsəd Rəcəb Tayyib Ərdoğana İrandakı əlaqələri, problemin həll edilməsi üçün onun irəli sürdüyü təkliflər və Tehranınn bu məsələdəki mövqeyi haqqında danışıb. Türkiyənin baş naziri öz növbəsində Bəşər Əsədi İrana verilmiş məsləhət və tövsiyələr haqqında məlumatlandırıb, ABŞ və İran arasında danışıqların davamının zəruriliyini qeyd edib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar