SON XƏBƏRLƏR

İsraildə ölkə tarixində ilk təkrar parlament seçkiləri keçirilir

2021.10.20, 07:36
İsraildə ölkə tarixində ilk təkrar parlament seçkiləri keçirilir

Gunaz.tv

GünAz TV: Bu gün yerli vaxtla saat 07:00-da İsrail tarixində ilk təkrar parlament seçkisi məqsədi ilə seçki məntəqələri açılıb.

 

"Report" TASS-a istinadən xəbər verir ki, seçkinin nəticələri əsasında 22-ci çağırış Knessetinin tərkibi müəyyənləşəcək, eləcə də hökumət koalisiyası yaradılmalı və baş nazir təyin olunmalıdır.

 

Ümumilikdə ölkə ərazisində 10,5 minə yaxın seçki məntəqəsi təşkil edilib. Hesablamalara görə, İsraildə bu seçkilərdə 6,3 milyondan çox insan səs verəcək.

 

Qeyd edək ki, İsraildə təkrar seçkilər baş nazir Binyamin Netanyahunun aprelin 9-dakı səsvermədən sonra qanunla ona ayrılmış 42 gün ərzində Knessetin 21-ci çağırışının 120 yerdən minimum 61-nə nəzarət edəcək koalisiya yaradılması ilə bağlı razılıq əldə edə bilməməsi səbəbilə keçirilir. Nəticədə hökumət başçısı ali qanunverici orqanın buraxılması barədə qanunun təşəbbüskarı kimi çıxış edib və onun parlament vasitəsilə təsdiqlənməsini təşkil edib. Elə həmin gün - sentyabrın 17-də təkrar seçkilər təyin edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar