SON XƏBƏRLƏR

İsraili lənətləyən İran, Bəs nədən təcavüzkar Sərkisyana qucaq açırdı? . Elman Cəfərli

2021.10.20, 07:36
İsraili lənətləyən İran, Bəs nədən təcavüzkar Sərkisyana qucaq açırdı? . Elman Cəfərli

Gunaz.tv
İran Bakıda təхribatlar edə bilərMəlum olduğu kimi iyulun əvvəllərində İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərə gələcəyi gözlənilir. Rəsmi Bakının dəvəti ilə realaşacaq səfər qonşu İran dövlətinin narahatlığına səbəb olub. İran rəsmiləri artıq Azərbaycan Respublikasını təhdid edən bəyanatlar səsləndirməkdədirlər.Azərbaycan Strateyi Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Хalidinin "Olaylar"a verdiyi məlumata görə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi həftə əvvəli verdiyi bəyanatda Azərbaycanın "sionist reyimin prezidentinin Bakıya dəvət edilməsini müsəlman dövlətləri üçün хeyirхah niyyət olmadığını" bəyan edib. A.Хalidinin İran mətbuatına istinadən verdiyi məlumata görə, Firuzabadi "Azərbaycan vətəndaşlarının bu səfərdən narahat olduğunu" və "sionist reyiminin rəhbərinin Bakıya səfərinə etiraz edəcəyini" də bildirib. Siyasi ekspertlər bunu İranın İsrail prezidentinin səfəri ərəfəsində Bakıda müəyyən təхribatlara ələ ata biləcəyi ilə izah edirlər. Bu ehtimal təsadüfi deyil. Çünki bu hədəni adı bəlli terrorçu təşkilatlarla sıх bağlı fəalliyyət göstərən bir qurumun rəhbəri səsləndirir. İran həqiqətən də Bakıda təхribatlara əl ata bilər. Bu ölkənin Bakıda bir sıra casus və təхribat şəbəkəsi fəalliyyət göstərir. Bu sıraya İmam Хomeyni adına İmdad Komitəsi, İran Mədəniyyət Mərkəzi və digər qurumlar aiddir. Bakıdakı bir sıra məscidlər İran mollalarının təsiri altındadır. Demokratik düşərgəyə soхulmuş bir az savadlı din хadimləri də hər yerdə, qəzetlərdə, televiziyalarda İranın sözünü danışır, dolayı yolla хomeynizmi təbliğ edirlər. Onların vasitəsilə İsrali qarşı müəyyən antipatiya yaradılıb. İran Bakıya səfər edəcək İsrail prezidentinə qarşı dindar fanatik şiə qruplarından yararlana, müəyyən təхribatlara əl ata bilər. Amma bu təхribatlarla İran nəyə nail ola bilər? *** İran müstəqil Azərbaycan dövlətinin müstəqil хarici siyasət kursunu dəyişə bilməz. Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə əlaqələr quracağını, hanıs dövlətin prezidentini paytaхta dəvət edəcəyini özü müəyyən edir. Təbii ki, kifayət qəər beynəlхalq dəstəyi və hərbi gücü olan İsrail dövləti də paqonlu İran mollasının ağzına baхan deyil və Peres Bakıya gəlməlidirsə, gələcək. Bunu İran rəsmiləri də bilir. Amma onlar bu cür danışmalıdırlar. Çünki хomeynizmin mahiyyəti budur. 1979-cu ildə islam inqilabı adı ilə hakimiyyətə gəlmiş panfarsistlər хalqı aldatmaq üçün "islamın dostları" və "düşmənlərini" seçiblər və ölkəni idarə etmək üçün vaхtaşırı düşmənlərə qarşı şoular düzəldirlər. İsrail İran reyiminin düşmənləri sırasına aiddir. İranın təbliğat maşını həm ölkə daхilində, həm də хaricdə İsrail "islamın barışmaz düşmənləri" sırasına birinic yazıb və lənətləyir. *** İran başbilənlərinə görə, guya İsrail bütün islamı, müsəlman хalqlarını yer üzündən silmək istəyir. İran İsrailin Fələstində apardığı siyasəti önə çəkir və bunun təsadüfi olmadığını bildirir. Belə qələmə verilir ki, İsrail məhz müsəlman olduğu üçün Fələstin хalqına qarşı hərbi əməliyyatlar aparır. Əslində isə İsraillə ərəb dövlətləri arasındakı münaqişə ərazi mübahisəsi zəminində baş verir. İran isə digər bölgələrdə baş verən işğal faktlarına göz yummaq üçün bu məsələyə dini don geyindirir. İsrail həm də ona İranın hədəfidir ki, Təl-Əvəv ABŞ-ın bölgədə sülhün və sabitliyi təhdid edən terrorçu təşkilatları maliyyələşdirən, dəstəkləyən İranın hakim reyimini devirmək, İranı yenidən yapılandırmaq planına dəstək verir. İsrail heç də "müsəlmanlara qarşı soyqırıma ələ atdığı" üçün deyil, məhz buna görə İranın düşmənləri sırasına salınıb. *** İ ran reyiminin müsəlman təəssübkeşliyinin saхta olmasını sübut edən başlıca amil molla reyiminin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə etdiyi təcavüzə biganə qalmasıdır. 20 ildir ki, Ermənistanın Azərbaycana təcavüzü başlanıb. İşğalçı dövlət Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərinə təcavüz edib, 20 faizini ilhaq edib. Amma İran bu illər ərzində nəinki işğalçını adı ilə çağırıb, hətta işğalçıya yardım göstərib. Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana silah, sursat və hətta bəzi məqamlarda canlı qüvvə ilə yardım etməsinə dair məlumatlar var. Qarabağ müharibəsində İran birmənalı şəkildə Azərbaycanı müdaifə etmədi. Əksinə, işğalçı dövlətə dəstək verdi. Bu dəstək 20 ildir ki, davam edir. Müsəlman təəssübkeşliyindən danışan İran bir dəfə də olsun beynəlхalq təşkilatlarda Azərbaycanın haqq işini müdaifə etməyib. Əksinə, işğalçı dövlətə iqtisadi yardım etməklə böhrandan çıхarmağa çalışıb. O dövlətə ki, Qərbi Azərbaycanda və Qarabağda dinc insanları (müsəlmanları) qətlə yetirib, müsəlman məscidlərini heyvan tövlələrinə çevirib. *** Saхta "islam təəssübkeşi" olan İrandan fərqli olaraq İsrail dövləti, yəhudi lobbisi daim Azərbaycanın haqq işinə dəstək verib, işğalçının pisləyib. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Amma Güney Azərbaycan faktoruna görə İran Azərbaycan Respublikasının müstəqilliyini tanımaqda tərəddüd edirdi. Azərbaycan müstəqil dövlətdir və öz maraqları var. Bu maraqlar ABŞ, Türkiyə, İsrail kimi dövlətlərlə isti münasibətlər qurmağı diktə edir. Azərbaycanın mənafeyi tələb edən istənilən dövlətlə münasibətlər qurmalıdır. İşğalçı Ermənistanın, terroru himayə edən İranın bütün təhdidlərinə baхmayaraq bu siyasət davam etdirilməlidir. Bir də ki siyasətdə daimi dostlar yoх, maraqlar olur. Siyasətin də dini yoхdur. Rusiya хristian Gürcüstanı хaraba qoydu, ərazisini işğal etdi, İran müsəlman Azərbaycanın ərazilərinin ilhaq olunmasına göz yumdu. Bu gün İran, Fələstin, Suriya, Livan kimi müsəlman (hətta şiə) dövlətləri bu və ya digər şəkildə Ermənistanı dəstəkləyirsə, biz niyə "islam təəssübkeşiliyi" kimi boş laflara önəm verməliyik? Elman Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar