SON XƏBƏRLƏR

İsrailin baş naziri Ərdoğana təşəkkür edib

2021.10.20, 07:36
İsrailin baş naziri Ərdoğana təşəkkür edib

Gunaz.tv

GünAzTv: İsrailin baş naziri Bünyamin Netanyahu aylardır davam edən gərginlikdən sonra bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı telefonla arayıb.

Netanyahu İsraildə baş verən yanğını söndürmək üçün iki təyyarə göndərilməsi təlimatını verən Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, İsrail yardım üçün beynəlxalq ictimaiyyətə, o cümlədən Türkiyəyə müraciət edib. Türkiyə müraciətə ilk reaksiya verən ölkə olub və baş nazir Ərdoğanın təlimatı ilə iki yanğınsöndürən təyyarə göndərib.

Netanyahu isə ölkəsinə dəstək verən ölkələrin liderlərini arayaraq təşəkker edib. İsrailin baş naziri Ərdoğanla söhbətində "Ümid edirəm ki, insanlar yaralarını sarıya biləcək və bölgədə vəziyyəti düzəldəcəyik" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar