İsrailin kəşfiyyat naziri: “İranla pis bir razılaşma regionu müharibəyə sürükləyə bilər”

2021-05-01 14:37

İsraili kəşfiyyat naziri Eli Kohen aprelin 30-da “Röyters” agentliyinə müsahibəsində İranın nüvə və raket proqramının təhlükəsindən və dünya güclərinin Vyanada İranla apardığı yeni nüvə müzakirəsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Kohen deyib ki, Tehranla əldə ediləcək hər hansı bir razılaşma İranın ballistik raket və nüvə proqramına beynəlxalq nəzarəti gücləndirməli, onun terrorizmə dəstəyinin qarşısını almalıdır.
“Bizim hərbi təyyarələrimizin İrana çatmağa kifayət qədər gücü var. İranla əldə olunan “pis” bir razılaşma regionu müharibəyə sürükləyə bilər. Biz isə İranın nüvə silahına yiyələnməsinə və bölgənin sabitliyin pozmasına imkan verməyəcəyik. 


Hesab edirik ki, Vyanada Tehranla danışıqlar aparan dünya gücləri, İranın ballistik raketlər istehsal etməsinə və onun uranı yüksək səviyyədə zənginləşdirməsinə qadağa qoymaqla yanaşı, həm də onun terrorizmə dəstəyinin və bölgədə yarı-hərbi qruplaşmaları maliyyə baxımdan təmin etməsinin də qarşısını almalıdırlar”, -deyə İsraili kəşfiyyat naziri Eli Kohen “Röyters” agentliyinə müsahibəsində bildirib. 


Qeyd edək ki, artıq üç həftədir ki, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyadan olan nümayəndə heyətləri Vyanada İran nümayəndə heyəti ilə nüvə danışıqları aparır. Amerika isə danışıqlarda birbaşa yox, dolayısı ilə iştirak edir. 


Vyana danışıqlarının bu günə qədər konkret hər hansı bir nəticə verib-verməməsi barədə məlumat yayılmayıb. 

نشست وين 27 أوريل 2021

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15