SON XƏBƏRLƏR

İsrailin Qolan təpələrində keçirdiyi hava hücumu nəticəsində Hizbullah komandanlarından biri həlak olub

2021.10.20, 07:36
İsrailin Qolan təpələrində keçirdiyi hava hücumu nəticəsində Hizbullah komandanlarından biri həlak olub

Gunaz.tv

GünAz TV: İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat ötən gün Qolan təpələrinə zərbələr endirib. Nəticədə Hizbullah liderlərindən biri həlak olub.

 

Məlumatlara əsasən, hava zərbələri Qolan təpələrində yerləşən Qüneytrə əyalətinin Həzər kəndində hərəkətdə olan avtomobilə endirilib. Nətəcədə maşında olan Hizbullahın yüksək rütbəli hərbçilərində biri sayılan İmad Təvil həlak olub.

 

İsrail tərəfi bildirilir ki, o, Hizbullahın Qolan təpələrində komandanı olaraq, bölgədə İranın mövqelərini gücləndirmək üçün fəaliyyət göstərirmiş.

 

Elədə də, İsrailə məxsus hərbi helikopterlər ötən gecə Suriya ordusunun Qüneytrə və Əl-Hürriyyə bölgələrində yerləşən mövqelərinə də raket zərbələri endiriblər. Suriyanın rəsmi “SANA” agentliyinin məlumatına görə, hücum nəticəsində 3 suriyalı hərbçi ağır yaralanıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar