İsrailin Suriyada hava hücumu nəticəsində İrana bağlı 16 yaraqlı həlak olub

2020-09-03 16:21

Bu gün Suriyanın şərqində İsrail tərəfindən keçirildiyi ehtimal edilən hava hücumu nəticəsində İrana bağlı 16 yaraqlı həlak olub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumatı Suriya İnsan Haqları Monitorinqi Qrupunun rəhbəri Rami Əbdürrəhman yayıb. Ondan bir neçə saat öncə rəsmi Dəməşq bu gün ölkənin Hərbi Hava Qüvvələrinin bir neçə İsrail raketini məhv etdiyi barədə xəbər yaymışdı. 


Rami Əbdürrəhman ölənlərin hamısı İranın dəstəklədiyi yaraqlılardır. Onlardan 7-si Əl-Məyadin şəhəri yaxınlığında keçirilən hava hücumu nəticəsində, qalan 9-u isə Suriya ilə İraq sərhəddində yerləşən Əl-Bukamal şəhərinin cənubundakı mövqelərə endirilmiş zərbələr nəticəsində həlak olub. 


O, hücumların böyük ehtimalla İsrail tərəfindən həyata keçirildiyini deyib. Bu iddia təsdiqlənsə, bu, İsrailin Suriyada İrana qarşı son 24 saatda sayca 2-ci, cari həftə ərzində isə 3-cü hava hücumudur. 


Suriyanın dövlət xəbər agentliyi "Sana" isə yaydığı xəbərdə dünən axşam saatlarında ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin İsrail qırıcıları tərəfindən "T-4" bazası istiqamətində atılmış raketlərin əksəriyyətini aşkar edərək məhv etdiyini iddia edib. Agentliyin iddiasına görə, əməliyyat zamanı dağıntı və insan tələfatı qeydə alınmayıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda Royan şəhərinin qəbiristanlığında qəbir daşları üzərində həkk olunmuş qadın şəkilləri silinib

2020-10-26

gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23