SON XƏBƏRLƏR

İSRAİLLƏ İRAN MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA

2021.10.20, 07:36
İSRAİLLƏ İRAN MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA

Gunaz.tv
İSRAİLLƏ İRAN MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA Keçmiş “Mossad” şefi: “Tehran bu il nüvə bombasına sahib olacaq, ona görə də ləngimədən vurmalıyıq 341.jpg ”İranla İsrail müharibənin bir addımlığındadır. Buna səbəb İsrail kəşfiyyatının İranın nüvə silahı əldə etmək üzrə olması haqda əldə etdiyi məlumatlar və yəhudi dövlətinin narahatlıqlarına baxmayaraq ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaqdan çəkinməsdir. Bu üzdən İsraildə İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlamaq haqda çağırışlar artır. Üstəlik, hesab edirlər ki, mümkün qədər tez bir vaxtda İrana hava zərbələri endirilməlidir. Çünki kəşfiyyat İranın hətta bu il ərzində nüvə başlığı əldə edə biləcəyi haqda xəbərdarlıq edir. Lakin İsraildə bu fikirdə olanlar da var ki, İrana qarşı hərbi əməliyyatlara başlamaq yəhudi dövləti üçün böyük riskdir. İsrailin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Eitan Ben-Elyahu bəyan edib ki, mümkün hərbi qarşıdurma zamanı İran İsrailə 5 min 300 balistik raket atacaq. Bu açıqlama İsraidə böyük həyəcan yaradıb. İstefada olan yəhudi general deyib ki, İran İsrail hədəflərini uzaq mənzilli 300 “Skad” və “Şahab” raketləri, 5 minə yaxın qısamənzilli raketlərlə vuracaq. Onun sözlərinə görə, İsrail İran raketlərinə qarşı hava hücumundan müdafiə sistemlərini işə sala bilər, lakin hər İran raketini vurmaq üçün İsrail azı iki raket istifadə etməlidir. Ben-Elyahu deyib ki, mümkün qarşıdurma zamanı İran Suriya və Livan ərazisindən də İsrailə hücum üçün istifadə edə bilər. Pentaqonun yüksək rütbəli nümayəndələri də İsrailə İrana hücum etməməyi məsləhət görürlər. “The Sunday Telegraph” qəzetində dərc edilmiş məqalədə deyilir ki, bu günlərdə İsrail ordusunun Baş Qərargah rəisi general Qabi Aşkenazi ilə Amerika ordusunun Baş Qərargah rəisi admiral Maykl Müllen arasındakı görüşdən sonra Pentaqonda belə qənaət yaranıb ki, İsrail yaxın 12 ay ərzində İranın nüvə obyektlərinə hava zərbələri endirməyi düşünür. Amerika hərbi çevrələrində deyiblər ki, İsrail kəşfiyyatı möhkəm əmindir ki, İran ən uzağı bir ilə nüvə başlığı əldə edəcək. Bu baxımdan İsrailin İranın nüvə silahına malik olmasına yol verəmək üçün az vaxtı qalır. Bundan əlavə, İsrail kəşfiyyatı hesab edir ki, İran yaxın 12 ay ərzində Rusiya istehsalı olan “SA-20" hava hücumundan müdafiə sistemlərini quraşdıracaq, bununla da İsrail təyyarələrinin İran hava məkanına daxil olması xeyli çətinləşəcək. Bildirilir ki, Pentaqonda İsrail kəşfiyyatının İranın bir il ərzində nüvə başlığı əldə edəcəyi haqda qənaətinə şübhə edirlər. Amerikada hesab edirlər ki, İran nüvə silahına malik olmaqdan hələ çox uzaqdır. Digər tərəfdən, İsrail generalı ilə söhbət zamanı admiral Müllen ona bildirib ki, ABŞ Yaxın Şərqdə İraq və Əfqanıstandan sonra üçüncü cəbhə açmaq istəmir. Müllenin sözlərinə görə, İsrailin hücumuna məruz qalsa, İran bu ölkənin strateji nüvə obyektini və ABŞ-ın bölgədəki maraqlarını ciddi təhlükədə qoya bilər. Çünki İran dərhal kütləvi cavab zərbələri endirəcək, o cümlədən ABŞ-n bölgədəki hərbi bazalarını hədəfə alacaq, neft yataqlarını vuracaq və bununla da ağlasığmaz dərəcədə ciddi strateji, iqtisadi nəticələr meydana çıxacaq. Hərbi ekspertlər isə bu fikirdədir ki, İsrailin İranın nüvə obyektlərinin hamısını sıradan çıxarmaq imkanı yoxdur. Çünki bu obyektlərin bəziləri əhalinin sıx olduğu yaşayış məntəqələrinin yaxınlığındadır. Məsələn, Tehran və İsfahanda. Obyektlərin bəziləri isə dərin yeraltı bunkerlərdə yerləşdirilib, bu bunkerləri adi bombalarla dağıtmaq mümkün deyil. Üstəlik, İranın nüvə obyektlərinin bir çoxunun yeri müəyyən deyil. Bildirilir ki, İsrailin hədəfləri arasında Buşəhrdəki nüvə reaktoru yoxdur. Ekspertlərə görə, İsrail əsas zərbələri Natanzdakı zənginləşdirilmiş uran zavoduna endirmək niyyətindədir. Bu obyekt İsraildən 1400 kilometr məsafədə yerləşir. Bu yaxınlarda İsrail ABŞ-dan bunkerləri dağıtmaq üçün 100 bomba alıb, çəkisi 2 ton 300 kiloqrama yaxın olan bu bombalar 6 metrlik beton örtüyü dələrək 30 metr dərinlikdə partlayır. İran isə İsrailin zərbələrinə dərhal Ormuz körfəzini, yəhudi dövlətinin ərazisini və Amerika hərbi gəmilərini bombalamaqla cavab verəcək. Xəbər verildiyi kimi, İran “Sahab-3" ballistik raketlərini artıq start meydançalarında yerləşdirib. Ekspertlərə görə, İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı qüvvələri Yaxın Şərqdəki Amerika hədəflərinə hücum edə bilər. Müharibə başlasa dünya iqtisadiyyatı üçün də fəlakətli nəticələr ortaya çıxacaq. Çünki bu zaman neftin qiymətinin 500 dollara çatacağı təxmin edilir. Bütün bu narahatlıqlara baxmayaraq, İsrailin xüsusi xidmət orqanı MOSSADın keçmiş direktoru Şabtay Şavit deyib ki, yəhudi dövləti öz varlığını qorumaq üçün İrana təkbaşına hücum etməli olacaq. Onun fikrincə, İsrailin müttəfiqləri onu İran təhlükəsi qarşısında yalnız buraxıblar. Şavit İsrail kəşfiyyatının proqnozlarını təsdiq edərək deyib ki, İran elə bu il nüvə başlığı əldə edə bilər. Lakin beynəlxalq ictimaiyət təhlükənin qarşısını almaq üçün yetərli səylər göstərmir. Bu üzdən İsrailin İranın nüvə obyektlərini öz qüvvələri hesabına sıradan çıxarmaq variantına üstünük verməkdən başqa yolu qalmır. Xatırladaq ki, İran İsrailin ona qarşı hərbi əməliyyatlara başlaya biləcəyi haqda xəbərləri ciddi qarşılamır. Bununla belə Tehran bəyan edir ki, yəhudi dövləti bu addımı atsa güclü cavab zərbələri nəticəsində yer üzündən silinəcək. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar