SON XƏBƏRLƏR

İsrailli nazir: “İrana qarşı hərbi koalisiya yaranmalıdır”

2021.10.20, 07:36
İsrailli nazir: “İrana qarşı hərbi koalisiya yaranmalıdır”

Gunaz.tv

GünAzTV: İsrailin kəşfiyyat naziri Yisrael Katz iyunun 5-də yerli radiolardan birinə müsahibəsində İranın uranı yenidən zənginləşdirməyə başlamasından və onun ölkəsinə və digər region ölkələrinə qarşı təhdidindən danışıb.

 

İsrailli nazirin açıqlaması, İranın dini lideri axund Əli Xamneyinin uranın yüksək səviyyədə zənginləşdirilməsinə başlaması ilə bağlı İranın Atom Enerjisi Təşkilatına tapşırıq verməsindən bir gün sonraya təsadüf edib.

 

Yisrael Katzın bildirib ki, İran savaş üçün bəhanə axtarır və uranı yenidən zənginləşdirməyə başlaması da bununla bağlıdır: “Əgər iranlılar bu gün təslim olmasalar və uranı, beynəlxalq nəzarət olmadan istədikləri miqdarda, yəni onların atom bombası istehsal etməsinə imkan verən səviyyədə zənginləşdirməyə çalışsalar, o zaman Amerika prezidenti və onun müttəfiqləri İrana açıq bir mesaj göndərməlidirlər.

 

Daha doğrusu, hesab edirəm ki, vəziyyət belə olarsa, Amerika və onun müttəfiqləri İrana qarşı hərbi koalisiya yaratmalıdırlar. Şübhə yoxdur ki, belə bir koalisiya yaranarsa, ərəb ölkələri və İsrail də ona qoşulacaqlar. İranın iki variantdan birini seçməkdən başqa çıxış yolu yoxdur. Ya Amerikanın mövqeyini qəbul etməlidir, ya da iqtisadi təzyiqin artması nəticəsində uçuruma və çökməyə doğru gedəcək.

 

İran liderinin uranın yüksək səviyyədə zənginləşdirilməsinə dair tapşırığına gəlincə, hesab edirəm ki, bu onun qorxusundan irəli gəlir. Bu qorxu və vahimə, həm də ABŞ prezidentinin İrana qarşı elan etdiyi yeni sanksiyalara görədir. Çünki bu sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb”.

 

 

Xatırladaq ki, iyunun 4-də islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin ölümünün 29-cu ildönümü münasibətilə tərəfdarları qarşısında çıxış edən İranın dini lideri Əli Xamneyi, ölkənin Atom Enerjisi Təşkilatına, uranın yüksək səviyyədə zənginləşdirilməsinə və bunun üçün Nətənz təsisatında 190 min SWU-nun icad olunması üçün fəaliyyətə başlamasına tapşırıq verib: “Avropalı ölkələrin bizdən istədiyi odur ki, həm ölkəmizə qarşı tətbiq edilmiş sanksiyalar qüvvədə qalsın, həm də bizə qoyduqları nüvə məhdudiyyətləri. Lakin onların bu dolaşıqlı yuxusu çin olmayacaq. Çünki, İran milləti və hökumət, onun nüvə fəaliyyəti məhdudlaşdırıldığı bir vaxtda həm də sanksiyalara məruz qoyulmasına dözməyəcək”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar