SON XƏBƏRLƏR

İşsiz mühacirlər Urmiyədə məşğulluq məsələsini daha da çətinləşdirib – Nadir Qazipur

2021.10.20, 07:36
İşsiz mühacirlər Urmiyədə məşğulluq məsələsini daha da çətinləşdirib – Nadir Qazipur

Gunaz.tv

GünAz TV: “İşsiz mühacirlərin Urmiyəyə gəlməsi bu şəhərdə işaxtaran insanların məşğulluğunun təmin edilməsi məsələsini daha da mürəkkəbləşdirib”.

 

Bu sözləri Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Təsnim” xəbər agentliyinə bildirib.

 

“Urmiyədə çox sayda ali təhsilli işsiz qız və oğlan var. Bu vəziyyətdə digər şəhər və əyalətlərdən bu şəhərə işsizlərin mühacirət etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. İşsiz mühacirlərin sayı artıqca bu şəhərdə iş tapmaq çox böyük problemə çevrilir və bu məsələ getdikcə dərinləşir”- deyə o bildirib.

 

Danışığında “mühacir” sözündən istifadə edən Nadir Qazipur bu sözdən məqsədini tam açıqlamayıb. Lakin ehtimal olunur ki, millət vəkili Kürdistan Əyalətinin müxtəlif məntəqələri, hətta İraqdan Urmiyəyə mühacirət edən kürdləri nəzərdə tutur. Kürd terror qruplaşmalarının göstərişi əsasında Urmiyə və Qərbi Azərbaycan şəhərlərinə üz tutan kürdlər hər zaman azərbaycanlıların kəskin etirazı ilə üzləşib. Ona görə ki, onların bu hərəkəti terror qruplaşmalarının vasitəsi kimi bölgənin kürdləşdirilməsi prosesinə hesablanıb, təəssüflə İran rejimi də bu prosesə dəstək verir.

 

Nadir Qazipurun sözlərinə görə, hazırda Urmiyədə bir çox zavod maliyyə sıxıntıları ilə əlaqədar öz fəaliyyətini dayanırıb.

“Urmiyədə bir çox sənaye və istehsal müəssisəsi fəaliyyətini dayandırıb. Bölgə və ölkənin iqtisadiyyatını bu vəziyyətdən qurtarmaq üçün bu müəssisələr yenidən fəaliyyətə başlamalıdır, biz bunun üçün çıxış yolları tapmalıyıq. Bunu bacara bilsək, bölgədə işsizlik səviyyəsi aşağı düşəcək, hətta işsizlikdən irəli gələn ictimai problemlər də  azalacaq”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, hazırda Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələrində iqtisadi böhran yaşanır, bunun nəticəsində minlərlə işçi əmək haqqını vaxtı-vaxtında ala bilmir, bir çoxları isə ixtisar edilərək işsiz qalır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar