SON XƏBƏRLƏR

Din xadimləri İranın dövlət quruluşu ilə bağlı referendum keçirilməsini tələb edib

2022.11.25, 13:13
Din xadimləri İranın dövlət quruluşu ilə bağlı referendum keçirilməsini tələb edib

Gunaz.tv

43 ildir idarəçiliyin bərbad gündə olduğunu bildirən din xadimləri ölkənin gələcəyi ilə bağlı keçirilməsi tələb olunan referendumda beynəlxalq nəzarətçilərin iştirakının vacibliyini qeyd ediblər.

"İnsan haqları sahəsində, idarəçilikdə, məhbusların, tələbələrin, qadınların,  uşaqların və süüni məzhəbli vətəndaşların hüquqları pozulub. Bu səbəbdən dövlət idarəçiliyində əsaslı dəyişikliklərin edilməsi vacibdir",-deyə, din xadimlərin bildirblər.

Onlar fikir və söz azadlığının İran xalqlarının haqqı olduğunu deyib, ölkənin yalnız bir din, dil, fikir və partiyaya mənsub olanlara aid olmadığını vurğulayıblar.

Sünni ruhanilər İslam Respublikası hökumətinin etirazçıları xarici ölkələrin əlaltısı kimi qələmə verməkdən, onlara separatçı damğası vurmaqdan çəkinməyi, bütün məhbusları azad etməyi tələb ediblər.

Qeyd edək ki, bir müddət öncə Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid də İranda referondum keçirilməsini tələb etmişdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar