SON XƏBƏRLƏR

Sistan-Bəluçistanda silahlı qarşıdurma olub

2022.07.03, 06:09
Sistan-Bəluçistanda silahlı qarşıdurma olub

Gunaz.tv

Məlumatda İran İnqilab Keçikçiləri Korpusu (SEPAH) ilə bəluçlar arasında meydana gələn qarşıdurma nəticəsində İdris Qumşad Zehi adlı bəluçun güllələnərək öldürüldüyü bildirilir.

Fəallar silahlı qarşıdurmanın baş vermə səbəbləri barədə açıqlama verməyib. 

Ancaq daha 3 bəluçun yaralandığını, ancaq hadisə yerindən uzaqlaşa bildiklərinin deyiblər.

Qeyd edək ki, silahlı qarşıdurma ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları ilə SEPAH məmurları Sistan-Bəluçistan əyalətinin Rask şəhərinin sünni məzhəbli cümə imamı Hafiz Əbdülqafar Nəqşbəndinin evinə basqın ediblər.
3 avtomobildən ibarət silahlılar cümə imamını tuta bilməyib. Lakin onun evində axtarış aparıblar.

Cümə imamının evinə basqının onun iyulun 1-də cümə namazı çıxışı zamanı İnqilab Keşikçiləri Korpusu məmurlarının bəluçlara qarşı qəddar münasibəti tənqid etməsi ilə bağlı olduğu ehtimal edilir.

Xatırladaq ki, xüsusilə son vaxtlar İranda sünni məzhəbli vətəndaşlara qarşı basqılar daha da güclənib. 

Ölkənin Kirmanşah, Xusizsat, Kürdüstan, Gülüstan və Sistan-Bəluçistan əyalətlərində yaşayan sünnilər sıxışdırılır, onlara qarşı ikinci dərəcəli vətəndaş münasibəti göstərilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar