İstanbul Boğazındakı körpü Azərbaycan bayrağının rənglərinə boyanıb

28.05.2018, 12:40

GünAz TV: İstanhul Boğazındakı "15 iyul şəhidləri" körpüsü Azərbaycanın üç rəngli bayrağının rənglərinə boyanıb.

 

Bu barədə APA-ya məlumat  Azərbaycanın İstanbuldakı Baş konsulluğundan daxil olub.

 

Məlumatda qeyd edilib ki, mayın 27-də axşam saat 21-dən etibarən Azərbaycan bayrağının rənglərinə boyanan körpüdəki o vəziyyət  mayın 28-də səhərə qədər davam edəcək, eyni gün axşam saatlarında körpü  yenidən lazer  işıqları  vasitəsi ilə üç rəngli bayrağa boyanacaq.

 

"15 iyul şəhidləri" körpüsünün Azərbaycan bayrağının rənglərinə boyanmasını yerində izləyəndən sonra APA-ya açıqlama verən Baş konsul Məsim Hacıyev deyib: ”Nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin İstanbulldakı bölgə idarəsi ilə danışıqlar apararaq "15 iyul şəhidləri" körpüsünün işıqlar vasitəsiylə bayrağımızın 3 rənginə boyanmasına nail olmuşuq. Cümhuriyyətimizin qurulmasının 100-cü ilində körpünün 2  gecə bayrağımızın rənglərinə boyanması bizim üçün unudulmaz əlamətdar hadisələrdən biridir. Bu işləri həyata keçirmək üçün Baş konsulluğumuz Türkiyə Cümhuriyyətinin müvafiq dövlət qurumları ilə daimi məqsədyönlü iş aparıb. Təklifimizi qəbul edərək körpünü iki gecə üç rəngli bayrağımızın rənginə boyayan müvafiq dövlət qurumlarına öz təşəkkürümü bildirirəm. Bu, mərhum Ulu Öndərimiz Heydər Əliyevin  müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipinin növbəti əyani təzahürlərindən biridir”.

 

Qeyd edək ki, 1973-cü ildə inşa edilmiş və hazırda "15 iyul şəhidləri" adını daşıyan körpünün tarixində  Azərbaycan dövlətinin bayrağından başqa heç bir dövlətin bayrağının  rənglərinə boyanmasına icazə  verilməyib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27