SON XƏBƏRLƏR

İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunmuş sərgi keçirilib

2021.10.20, 07:36
İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunmuş sərgi keçirilib

Gunaz.tv
İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunmuş sərgi keçirilib Azərbaycan, Bakı, 27 iyun /TrendLife müx. Eldar Hüseynzadə/ Dünən İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunumuş sərgi keçirilib. Sərgidə 20-dən çox azərbaycanlı rəssamlar iştirak edib. TrendLife-ın verdiyi xəbərə görə, Ayasofiya məscidi qalereyasında keçirilən sərgi Azərbaycanın İstanbuldakı konsulu Səyyad Salahlı tərəfindən təşkil olunub. Sərgini giriş sözü ilə baş konsul Səyyad Salahlı və Günay Əfəndiyeva açıb. Tədbirdə Ədalət Qara «Qarabağın Maralı-Nizami Gəncəvi», Sadiq Babayev (natürmort), Rafiq Əzizov «Çoban ailəsi», və digər rəssamların işləri nümayiş olunub. trend --------------------------------------------------------------------------- Avropa Şurasında mədəniyyətlərarası dialoqa dair Ağ kitabın təqdimat mərasimi keçirildi _council_of_europe_200407-big.jpg Fransa, Strasburq, 26 iyun / TrendNews müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının yay sessiyasi çərçivəsində AŞ-nin «Mədəniyyətlərarası dialoqa dair» Ağ kitabinin təqdimatı ile bagli iyunun 26 da metbuat konfransi keçirilmişdir. Mətbuat konfransında AŞ Baş Katibi Terri Devis, elm, tehsil, mədəniyyət, idman və gənclər üzrə baş Direktorluğunun rəhbəri Gabriella Battani- Dragoni ve Numayəndələr Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit uzrə Mərüzəçiler qrupunun sədri xanım Eleonora Petrova-Mitevska iştirak etmişdilər. Gabriella Battani- Dragoni çıxışında bildirb ki, mədəniyyət müxtelifliyi butun cəmiyyətlərə xasdır. Mədəni muxtəlifliyin demokratik idarə edilmesi AŞ-nin 2005-ci ilin may ayinda AŞ üzv dövlətlərin dövlət ve hökümət başçılarının Varşava zirvə toplantısında qebul etdiyi Fealiyyet planinin siyasi prioritetlərindən birini təşkil edir. «O, Ağ kitab bir çox dillərə tərcüme olunacaq və paylanacaq. Kitabda əksini tapan dəyərlərin həyata keçirilməsində və ayrı-seçkiliye qarşi mübarizədə KIV-in rolunun vacibliyi vurğulanır. Bu çərçivədə bir çox kampaniyalar həyata keçiriləcək», - deyə o bildirdi. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar