SON XƏBƏRLƏR

İstanbulda azərbaycanlı rəssamların sərgisi keçiriləcək

2021.10.20, 07:36
İstanbulda azərbaycanlı rəssamların sərgisi keçiriləcək

Gunaz.tv
İstanbulda azərbaycanlı rəssamların sərgisi keçiriləcək Qurtuluş gününə həcr olunan tədbir Aya Sofiyada planlaşdırılıb 15 iyun-Qurtuluş Günü münasibətilə Türkiyənin İstanbul şəhərində azərbaycanlı rəssamların sərgisi keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"a Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran verib. Onun sözlərinə görə, sərgidə Türkiyədə yaşayan azərbaycanlı rəssamların sənət əsərləri nümayiş olunacaq. Konsulluq bununla bağlı 20-dən artıq rəssamın əsərini toplayıb: "Əsərlər yağlı boya ilə çəkilmiş portret şəkillərdən ibarətdir. Sərgi yüksək səviyyədə təşkil olunacaq. Bununla bağlı bir neçə qurumla danışıqlar aparılır". Səyyad Aran bildirib ki, konsulluq bu tədbiri Aya Sofiyada keçirmək niyyətindədir. Bu barədə qurum Aya Sofiyaya müraciət də göndərib. Hələlik quruma tədbirin keçirilməsi üçün yer təklif olunmayıb. Amma rəssamların əsərləri hazırdır və sərginin digər hazırlıq işləri tam yekunlaşıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar