SON XƏBƏRLƏR

İstanbulda güclü zəlzələ baş verib - 6 bala yaxın

2021.10.20, 07:36
İstanbulda güclü zəlzələ baş verib - 6 bala yaxın

Gunaz.tv

GünAz TV: Türkiyәnin İstanbul şәhәrindә zәlzәlә baş verib.

 

Mәlumata görә, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 6.99 kilometr dərinliyində qeydə alınıb.

 

Bu barәdә Fövqәladә Hallar idarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, zәlzәlә yerli vaxtla saat 13.59-da baş verib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata verdiyi açıqlamaya görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib və 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Boğaziçi Universiteti Qəndilli Zəlzələ Araşdırma İnstitutu vә Rəsədxanası da İstanbulda 5.7 bal gücündә zәlzәlәnin qeydә alındığını açıqlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar