SON XƏBƏRLƏR

İstanbuldakı konsulluğa hücum edənlərdən biri təslim oldu O, taksi sürücüsüdür

2021.10.20, 07:36
İstanbuldakı konsulluğa hücum edənlərdən biri təslim oldu O, taksi sürücüsüdür

Gunaz.tv
İstanbuldakı konsulluğa hücum edənlərdən biri təslim oldu O, taksi sürücüsüdür İyulun 9-da ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna edilən silah basqında iştirak edən şəxs polisə təslim olub. Türkiyənin "Hürriyət" qəzetinin yaydığı xəbərə görə, Cəbrayıl Koşanarslan adlı taksi sürücüsü ötən gün axşam polis şöbəsinə gələrək axtarılan dördüncü şəxs olduğunu bildirib və təslim olub. Taksi sürücüsünün ailəsinin təzyiqləri nəticəsində təslim olduğu bildirilir. Polisin apardığı araşdırmalar nəticəsində Cəbrayıl Koşanarslanın nəinki konsulluğa basqında öldürülən terrorçularla, ümumiyyətlə, heç bir terror təşkilatı ilə əlaqəsi olmadığı üzə çıxıb. O, sadəcə, terrorçuların niyyətini bilmədən onları konsulluq önünə gətirib. Müştərilərinin istəyi ilə onları gözləməli olan sürücü atışma başladığını görüncə, hadisə yerindən qaçıb və az sonra idarə etdiyi "Ford Fiesta" markalı 34 VS 7592 dövlət nömrə nişanlı maşını İstanbulun Bağçılar istiqamətində ataraq gizlənib. Ümumiyyətlə, konsulluğa hücumda şübhəli bilinən dörd nəfər həbs olunub. Türkiyənin daxili işlər naziri Bəşir Atalay deyib ki, şübhəlilərdən üçü İstanbulda, biri isə kənarda həbs edilib. Xatırladaq ki, İstanbuldakı Amerika Konsulluğuna silahlı hücum zamanı üç polis və eyni sayda basqınçı həlak olub. Hücum edənlərdən biri maşınla hadisə yerindən qaçıb. B.Atalay deyib ki, hələ də hadisə yerindən qaçan basqınçının kimliyini müəyyənləşdirib, tapmaq mümkün olmayıb. Əməliyyatlar davam edir, amma hücum edənlərin hansısa beynəlxalq terror qrupuna aid olub-olmadığı dəqiqləşdirilməyib. Azər kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar