SON XƏBƏRLƏR

İstanbuldakı terror aktının görünməyən tərəfləri

2021.10.20, 07:36
İstanbuldakı terror aktının görünməyən tərəfləri

Gunaz.tv
İstanbuldakı terror aktının görünməyən tərəfləri Qabil Hüseynli: "Terrorun üstü açılandan sonra proseslər dağılmış qaynar qazana çevriləcək" Tural ABŞ-ın İstanbuldakı baş konsulluğuna hücum cəhdi Türkiyədə yaranan şok effektini aradan qaldırmayıb. Keçmiş ordu generalları, tanınmış şəxslərin həbslərilə bağlı qalmaqallı və şübhəlt olay bitməmiş Türkiyə yeni hadisəylə, terror aktı ilə üzləşib. Mütəxəssislərin fikrincə, İstanbulda terror aktının baş verməsində PKK terroru və "əl-Qaidə"nin adı hallansa da, bunlar aysberqin görünməyən tərəfi ola bilər. Politoloq Qabil Hüseynli qardaş ölkənin təhlükəsizlik sitemlərinin sözügedən olayla bağlı ortaya konkret faktlar qoymaqda çətinlik çəkdiyini söylədi: "Bu gün baş verənlərlə bağlı bir neçə versiya var ki, bunlardan birincisi də polisin irəli sürdüyü amillərdi. Həmin versiya isə indi tutulmuş dörd nəfərdən birinin vaxtilə Əfqanıstanda olmasıyla bağlıdır. Buna əsasən də "əl-Qaidə" ilə məlum hücumu təşkil edənlərin arasında bir əlaqənin olduğunu söyləyirlər. ABŞ isə bu versiyanı qəbul etmir. Çünki hadisənin törədilmə forması sözügedən terror təşkilatı üçün səciyyəvi deyil. Yəni silahlı adamların ABŞ kimi bir ölkənin ciddi mühafizə olunan baş konsulluğuna hücumu qəribə görünür. Bu konsulluğun binası sahə etibarıyla və yerləşdiyi mövqeyə görə böyük ərazini və geniş binalar kompleksini özündə birləşdirir". Qabil Hüseynli bəzilərinin bu olayı daxili amillərlə əlaqələndirməyə çalışmasının da hələlik düzgün olmadığını düşünür: "Hətta bu məsələnin daxildəki "Ergenekon" əməliyyatı nəticəsində həbs olunanlara etiraz əlaməti olaraq və yaxud da dünyanın diqqətini bu hadisələrə çəkmək məqsədilə edildiyini söyləyənlər də var. Çünki əməliyyatın çox bəsit və səriştəsiz hazırlanması göz qabağında oldu. Amma maraqlı məqam o oldu ki, bu terroru törədənlər dini fanatiklər olublar və hətta öz polislərini də amansızcasına qətlə yetiriblər. Burada bir məsələ də diqqəti çəkir. İstanbul hadisələrində iştirak edənlərin və tutulanların milliyətcə kürd olması faktı da təsdiqlənib. Bu mənada da hadisələrin PKK terror təşkilatının törətdiyi ehtimalı üzərində də geniş dayanılır". Politoloq polis tədqiqatının sona yetməyəcəyi məqama qədər xeyli versiyaların ortaya çıxacağını da istisna etmədi. Siyasi proseslər isə terror aktının yaratdığı narazılıqlardan sonra daha da gərginləşəcək. Amma terrorun üstü açılandan sonra proseslər dağılmış qaynar qazana çevriləcək: "Hər halda tutulan 4 nəfərin kürd olmasına baxmayaraq, baş verənlərin "əl-Qaidə" ilə əlaqəsi olmasıyla bağlı irəli sürülən versiya da getdikcə zəifləyir. Hadisədə dini-siyasi dairələrin əlinin olması da istisna deyil. Amma bu dairələrin Türkiyədə zəif təşkilatları var və bu qurumlar demək olar ki, sıradan çıxarılıb. Şübhə etmək olmaz ki, yaxın günlərdə bu məsələlərə aydınlıq gətirə biləcək ip ucları tapılsın". Politoloq hadisələrin çox mürəkkəb olması səbəbindən bu ölkənin təhlükəsizlik orqanlarının da bir növ çaşqın göründüyünü söylədi. Təhlükəli olan amillərdən biri isə Türkiyədə cəbhələşmə yaranması və bunun da ən pis tərəfi kimi bu "tərəflərə ayrılmağın" polisin və təhlükəsizlik orqanlarının içərisinə sızmasıdır. Qabil Hüseynlinin sözlərinə görə, bu da təhqiqatın aparılmasına müəyyən qədər mənfi və birtərəfli təsir göstərə bilər. Ekspert terror hadisələrində xarici qüvvələrin əlinin olmasını istisna etmədi: "Bu aksiyanı Türkiyədəki sosial burjua düzəninə qarşı həmişə etiraz edən olan solçu təşkilatların hazırladığını güman etmək olar. Belə təşkilatların etnikləşmiş formaları var. Sırf kürdlərdən təşkil edilmiş Doğu Halqlarının Kommunist Partiyası deyilən bir terrorçu təşkilat var ki, onun da nümayəndələrinin terrorda əlinin olması ehtialı mövcuddur. Çünki Türkiyə sol təşkilatlardan hərbiləşdirilmiş dəstələri olan yeganə qurum budur. Ona görə də xarici qüvvələri istisna edərək, daxili faktorlar üzərində durmaq olar. Yəni kürd terroru və dini yönümlü təşkilatların burada iştirak etməsinin mümkünlüyünü istisna etmirəm. Amma Türkiyədə terrorun belini artıq qırıblar və onun təşkilati strukturlarını maliyyə qaynaqlarını demək olar ki, qurudublar. Ona görə də pərakəndə halda olan vahid mərkəzdən idarə edilməyən başıpozuq dəstələr əmələ gəlib və bu dəstələrin də belə addımlar atmasına təəcüblənmək olmaz". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar