SON XƏBƏRLƏR

“İstiqlal” komandasının üzvləri Tehran-Təbriz təyyarəsinin sərnişlərini aşağılayıb – VİDEO

2021.10.20, 07:36
“İstiqlal” komandasının üzvləri Tehran-Təbriz təyyarəsinin sərnişlərini aşağılayıb – VİDEO

Gunaz.tv

GünAz TV: Tehranın “İstiqlal” komandasının üzvləri Təbrizə səfər etdiyi zaman təyyarədə azərbaycanlı sərnişinlərə qarşı etikadan kənar davranış nümayiş etdirib.

 

Təyyarənin uçuşunun gecikməsinə səbəb olan komandanın texniki heyəti və oyunçuları, buna etiraz edən sərnişinlərdən üzr istəmək yerinə onların ünvanına təhqiramiz ifadələr işlədiblər.

 

“İstiqlal” klubu sosial şəbəkələrdə geniş yayılan videoya bu günədək heç bir reaksiya verməyib.

 

Xatırladaq ki, "Traxtur" klubu noyabrın 1-də "İstiqlal" komandasını Təbrizin səhənd stadionunda qəbul edib.

 

https://www.youtube.com/watch?time_continue=37&v=qzFNzruTgV0

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar