SON XƏBƏRLƏR

İSTİQLAL MÜCAHİDİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

2021.10.20, 07:36
İSTİQLAL MÜCAHİDİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

Gunaz.tv
İSTİQLAL MÜCAHİDİ-MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ Bəşər tarixinin başlanğıcı olan Türklər dünyaya bir çox dahi şəxsiyyətlər bəxş etmişlər. Bu xüsusda Azərbaycan türklərinin özünəməxsus yeri vardır. Biz Azərbaycan türkləri olaraq dahilər yetişdirməklə yanaşı, tarixdə çox nadir hallarda baş verən dahilərin dahisini yetişdir-mək bacarığının da öhdəsindən gələ bilmişik. XIX əsrin sonları XX əsrin əvvəlllərində yetişən bu şəxs öz dühası ilə tarix yaratmışdır. O, Türk dünyasının MİLLİ ÖNDƏRİ, ÖLMƏZ LİDERİ olan MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ cənablarıdır. Rəsulzadə tarix boyu Azərbaycan xalqının yetişdirdiyi alternativi olmayan nadir şəxsiyyətlərdəndir. Rəsulzadə ictimai-siyasi və dövlət xadimi,böyük ideoloq, istedadlı alim, jurnalist, şair və publisist kimi xalqımızın şəksiz və şəriksiz lideridir. O, özünü dərk edəndən vəfatına qədər Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış və bu mübarizəyə 17 yaşında olarkən başlamışdır. Bu zaman vahid proqramlı, işıqlı məqsədə xidmət edən və rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan ilk siyasi təşkilat yaratmaq cəsarətini öz üzərinə götürən Rəsulzadə “Müsəlman Gənclik təşkilatı” -nı yaratdı. Məhz bu təşkilat mədənlərdə fəhlələr arasında azadlıq və inqilabi fikirləri özündə əks etdirən vərəqələrin yayılmasında sistemli fəaliyyət göstərirdi. Rəsulzadə ilk vaxtlar rus imperiyalizminə qarşı mübarizədə bolşeviklərlə birlikdə olmuşdur. Lakin sonradan bolşeviklərin öz müqəddaratını təyinetmə və milli məsələlər üzrə məqsədini (Rusiya imperiyasının sərhədlərini saxlamaqla, yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq) hiss edərək onlardan uzaqlaşmışdır.Hətta ondan 14 yaş böyük olan Nəriman Nərimanov bu hiyləgərliyi hiss edə bilməmiş və sonradan bütün baş verənlərin ağrı-acısını çəkmişdir. Azərbaycanın milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəri Rəsulzadənin 1908-ci il dekabrın 5-də tamaşaya qoyulan “Qaranlıqda işıqlar” pyesidir. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. Çünki Rəsulzadə gördüyü çirkin həyatı təhlil edərək, bu hökmü vermişdir: “Həmişə zillətdə qalmaqdansa birdəfəlik ölmək yaxşıdır.”Artıq bu dövrdən başlayaraq Rəsulzadəyə qarşı təzyiqlər artmağa başladı və o buna görə də Azərbaycanın quzeyini tərk edərək güneyinə, yəni, Təbrizə getməyə məcbur oldu. Burada o, milli qəhrəman Səttərxanla görüşərək, şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas aparıcı liderlərindən birinə çevrilir. O, həmçinin 1910-cu ildə bir qrup Güney Azərbaycan ziyalısı ilə birlikdə “İran Demokrat Partiyası”-nın əsasını qoyur.Həmçinin jurnalist fəaliyyətini davam etdirərək, Seyid Həsən Tağızadənin dili ilə desək, “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən şəxs” olur. Lakin çar höküməti Rəsulzadənin Güney Azərbaycandakı inqilabi fəaliyyətindən qorxuya düşərək onun oradan çıxarılmasını şahlıq üsul-idarəsindən tələb edir.Nəticədə Rəsulzadə bir müddət İstanbulda mühacir həyatı yaşamalı olur. O, burada “Türk yurdu” dərgisində “İran türkləri” başlığı altında bir sıra məqalələr yazmaqla Arazın güneyində fars əsarəti altında inildəyən Azərbaycan türklərinin səsini türk dünyasına çatdıran ilk şəxs olur.1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar bəraət alan Rəsulzadə vətənə qayıdaraq hələ 1911-ci ildə özünün səyi nəticəsində yaradılmış “Müsavat” partiyasının rəhbər vəzifəsinə yüksəlir.O partiyanın ki, 180 ildən yuxarı parçalanmış bir xalqı birləşdirdi. O partiyanın ki, xalqın igidlərinin əyninə əsgər paltarı geyindirib, onların şüurunda vətənin bütövlüyü və millətinin qeyrətini çəkmək anlayışını oyatdı. O partiyanın ki, memarı olduğu Azərbaycan Xalq Cümhurriyyətini 23 aylıq fəaliyyəti dövründə dünyanın 23 dövlətinə tanıda bildi. Hələ 1915-ci ildir. Rəsulzadə Bakıda nəinki Azərbaycan türkünün, o cümlədən, bütün əzilən türklərin səsini ucaldan “Açıq söz”qəzetinin nəşrinə başlayır.Məhz bu qəzet ilk dəfə olaraq “müsəlman milləti”,“tatar milləti” anlayışlarını rədd edərək, bu xalqın türk olduğunu israrla sübut etməyə çalışmışdır. Azərbaycan türkcəsində nəşr olunan bu qəzet şüar kimi “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasını seçmişdi. Həmişə olduğu kimi Rəsulzadəyə qarşı yenə də təzyiqlər artmış və o, müəyyən müddətə həbs olunmuşdur. 1917-ci ildir. Rusiya və Qafqaz müsəlmanlarının qurultayı təşkil olunur. Rəsulzadə konfransın iştirakçısı olaraq özünün milli dövlət tezisi, yəni, Rusiyanın federativ şəkildə qurulması və müsəlman ölkələrinə, xüsusilə Azərbaycana muxtariyyət verilməsi təklifini irəli sürdü.Nəticədə təklif səsə qoyularaq qəbul olundu. Rəsulzadənin konfransdakı iştirakı və söylədiyi nitq bütün türk xalqlarının tarixində yeni yol açdı. Bu barədə konfrans iştirakçısı, professor Zəki Vəlidi Toğan yazırdı: “Bütün konqresə azərbaycanlıların hakim olduğu görünür və Azərbaycan liderlik edirdi. Əmin bəyin nitqi 700 nəfərlik konqres üzvündən 600-nü onun proqramı ətrafında birləşdirdi. Əgər burada Əmin bəy və yoldaşları olmasaydılar, konfrans istiqlal və muxtariyyət tezisinə fikir verməzdi.” Bütün bunlar Rəsulzadənin şöhrətini artırmış və o, məhkum türklərin liderinə çevrilmişdir. 1917-ci ilin payızında onun Azərbaycan və Türküstandan Rusiya parlamentinə millət vəkili seçilməsi bu şöhrətin əyani sübutu idi. Artıq zaman yetişir. Rəsulzadənin silahdaşları ilə 16 illik istiqlal mübarizəsi öz bəhrəsini verir. 1918-ci il may ayının 28-də Azərbaycan müstəqilliyə qovuşur və dünyada ABŞ-dan sonra ikinci “İstiqlaliyyət Bəyannaməsi”qəbul olunur. Məhz bu dönəmdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli varlığımızın qorunmasında mühüm amil idi. Çünki, Azərbaycan Demokratik Cümhuriyyəti qurulmasaydı, sovet imperiyasıda Azərbaycan Sovet Sosialist Respublikası kimi ayrıca qurum yaranmayacaqdı və əgər bu qurum olmasaydı bu gün Azərbaycan Respublikası yaranmayacaqdı. Beləliklə Şərq və Türk-İslam aləmində ilk dəfə olaraq Azərbaycanda demakratik quruluşlu, parlamentli çoxpartiyalı respublika yaradıldı. Uzun əsrlər boyu öz dövlət istiqlalını itirmiş, siyasi mübarizə meydanında ilk müstəqil addımlar atan bir xalqın çoxpartiyalı, parlamentli,demokratik quruluşlu dövlət formasını seçməsi tariximizin ən böyük nailiyyətidir. AXC-nin 23 aylıq yaşam tarixində bir çox işlər görüldü.İlk olaraq Rəsulzadə qardaş Türkiyə ilə müqavilə imzalayır və müxtəlif səviyyələrdə əlaqələr qurur.Çünki Öndər çox gözəl anlayırdı ki,Azərbaycan istiqlalını sadəcə elan edib.Bu istiqlalın əməli cəhətdən həyata keçirilməsi üçün Bakı azad olunmalı idi.Bakıda isə hələ yalnız erməni daşnaklarının 4000 nəfərlik silahlı qüvvəsi var idi.Buna görə də Rəsulzadə türk türkə dəstək prinsipinə əsaslanaraq Ənvər paşaya inandıra bilmişdi ki,bu missiyanın həyata keçirilməsi onların milli borcudur.Buna baxmayaraq hökümətin fəaliyyəti davam edirdi.1918-ci il 27 iyun fərmanı ilə türk dili dövlət dili elan olundu.Bu addım millətin özünü dərk etməsində və milli düşüncənin formalaşmasında mühüm rol oynadı.Çünki Azərbaycan rus və fars şovinistləri tərəfindən işğal olunduqdan sonra qondarma tatar dili və azərbaycan dili anlayışları peyda olmuşdu.İstiqlal əməli cəhətdən həyata keçirildikdən sonra milli hökümət fəaliyyətini daha da genişləndirdi.Rəsulzadə Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası əsasında bir bayraq yaradaraq Azərbaycan türklərini özünün aşağıdakı bayraqlaşan sözü ətrafında birləşdirdi: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ...” Enmədi, enməyəcək də....Çünki o bayraq bir türkün bayrağıdırsa, onu endirmək sonsuza qədər mümkün olmayacaq. Həmçinin Cümhuriyyət dövründə Milli Ordunun yaradılması haqqında fərman verildi. Bu addım əsgəri xidmətdən məhrum olan gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına, onlarda vətən, millət yolunda “ölmək var, dönmək yoxdur” prinsipinin baş qaldırmasına gətirib çıxardı.Məhz bu ordu Qarabağda və Zəngəzurda erməni daşnaklarının hücumunun qarşısını alaraq onları oradan qovub çıxartdı. Bundan başqa Azərbaycan tarixində ilk dəfə olaraq parlament yaradıldı. Şərqdə qadına ilk dəfə olaraq seçki hüququ verən də məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. AXC dövründə milli-mədəni quruculuq sahəsində də bir çox işlər görüldü. Türk dilində ilk böyük kitabxananın açılması, ilk milli muzeyin---“İstiqlal” muzeyinin yaradılması AXC dövründə həyata keçirildi. Hal-hazıda MDB-nin və Şərqin ən öndə gedən universitetlərindən biri olan BAKI DÖVLƏT UNİVERSİTETİ-nin yaradılması Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Çünki, o bu məsələni dəfələrlə parlamentdəki çıxışında qaldırmış və nəticədə həyata keçirilməsinə nail olmuşdur. Bütün bu inkişafı qəbul edə bilməyən rus şovinistləri 1920-ci il aprel ayının 28-də Azərbaycanı istila etdilər. Bu zaman Rəsulzadə ölkəni tərk edərək mübarizəsini mühacir kimi davam etdirməyə məcbur oldu. Mühacirət dövründə Rəsulzadə müxtəlif məqalələr, əsərlər, monoqrafiyalar yazıb nəşr etdirərək Azərbaycan istiqlalı uğrunda mübarizəsini davam etdirmişdi. Rəsulzadənin İstanbuldakı fəaliyyəti bütün Türk və İslam dünyasında əks-səda doğurmuş və imperiyalistlər ona görə Türkiyəyə təzyiq göstərməyə başlamışdılar.Lakin bütün bunlar Məhəmməd Əmin bəyi sındıra və öz yolundan döndərə bilməmiş,əksinə onun mübarizliyini daha da gücləndirmişdir. Ömrünün 17 yaşında “İnsanlara hürriyyət, millətlərə istiqlal” arzusu ilə siyasi mübarizəyə başlamış Rəsulzadə, “İnsanlara hürriyyət, millətlərə istiqlal” firi ilə də 71 yaşında həyatla vidalaşdı. Lakin ömrünün son anında da inam onu tərk etmədi. Hətta Rəsulzadə bolşeviklər 1920-ci ildə Azərbaycanı istila edərkən, millətin müqavimətini və verdiyi qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına endiyinə,onu öz qəlbində, ruhunda qoruduğuna, zaman yetişəndə yenidən göylərə qaldıracağına inanırdı. Və bu inam da özünü doğrultdu. Rəsulzadə məktəbinin davamçıları, başda Əbülfəz Elçibəy bu inamın reallaşmasında mühüm rol oynadılar.Bu gün Rəsulzadənin bizə yadigar qoyub getdiyi 114 min kvadrat km ərazidən yalnız 73 min kvadrat km-i öz nəzarətimizdədir.Buna bamayaraq nə qədər ki,Azərbaycan var,nə qədər ki,biz Türk gəncliyi var,Rəsulzadə də bir o qədər var olub yaşayacaqdır.Biz Azərbaycan Türk gəncliyi olaraq,Rəsulzadə-Azərbaycan yolunun yolçuları olaraq ÖNDƏRimizin ruhunda və düşüncəsində daşıdığı və mücadiləsini apardığı BÜTÖV AZƏRBAYCANımızın vahid mərkəzdə birləşdirilməsi üçün son damla qanımıza,son nəfəsimizə qədər-məqsədimiz reallaşana qədər mübarizəni aparacağıq.Çünki ya xilas,ya da məhv olmalıyıq.Türkün məhv olmağı isə kainatın sonu deməkdir. Nəticə olaraq bildirmək istəyirəm ki, Rəsulzadənin apardığı mübarizə hər bir AZƏRBAYCAN TÜRKÜ üçün bir nümunə oldu.Kim nə istəyir desin Bütöv Azərbaycanımızın əsasında onun ruh və fikirləri dayanır. O böyük TÜRKÜN ruhu şad olsun. http://www.turania.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar