GünAz TV: İsveçrənin (Suis) Sürix şəhərində müsəlman məscidinə silahlı hücum olub.
Məlumatına görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisədən sonra polis ərazini mühasirəyə alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Mediada yayılan məlumata görə, maskalı şəxs məscidə daxil olaraq, atəş açmağa başlayıb. Hadisə vaxtı məsciddə onlarla adam olub.
Hadisədən sonra məscidin yaxınlığında naməlum şəxsin meyiti tapılıb. Polis iki hadisə arasında birbaşa əlaqənin olduğunu rəsmən təsdiqləməyib və paralel araşdırma aparır.
N.S