SON XƏBƏRLƏR

İtaliyanın “Alitalia” hava yolları şirkəti İrana uçuşları dayandıracağını bildirib

2021.10.20, 07:36
İtaliyanın “Alitalia” hava yolları şirkəti İrana uçuşları dayandıracağını bildirib

Gunaz.tv

GünAzTV: İtaliyanın ən böyük hava yolları şirkəti sayılan “Alitalia” dekabrın 13-də bəyanat yayaraq yeni ildən İrana uçuşları dayandıracağını bildirib.

 

Bəyanatda bildirilir ki, “Alitalia” aviasiya şirkəti Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, 2019-cu il, yanvarın 1-dən başlayaraq, Roma-Tehran uçuşlarını dayandıracaq. Qeyd edilir ki, Alitalia” hava yolları şirkətinin İrana axırıncı uçuşu dekabrın sonuna təsadüf edəcək.

 

Xatırladaq ki, bundan əvvəl, ABŞ-ın sanksiyalarından ehtiyatlanan Böyük Britaniyanın “British Airways”, Fransanın “Air France” və Hollandiyanın “KLM” aviasiya şirkətləri İrana uçuşlarını dayandırıblar.

 

Avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsi isə, yəni İran neftinin satışına tətbiq edilən sanksiyanın icrasına isə noyabrın 5-dən başlanılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar