SON XƏBƏRLƏR

Eşitmə və nitq məhdudiyyətli uşaqlar Zəfər tarixi ilə bağlı məlumatlandırılacaq- QHT layihənin icrasına başladı

2022.02.09, 17:28
Eşitmə və nitq məhdudiyyətli uşaqlar Zəfər tarixi ilə bağlı məlumatlandırılacaq- QHT layihənin icrasına başladı

Gunaz.tv

Layihə haqqında məlumat verən təşkilatın sədri Aida Səfərova deyib ki, məqsəd Bakı şəhərində olan eşitmə və nitq məhdudiyyətli uşaqları Zəfər tarixi ilə bağlı məlumatlandırmaq, onlara bu şanlı tarixi aşılamaqdan ibarətdir. 

“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 

Bu şanlı tarix barəsində nəinki indiki nəsil bundan sonrakı nəsil də danışacaq. 

Dillərdə əzbər olacaq Zəfərimizin təbliği ilə bağlı davamlı işlər görülür. Kitablar yazılır, mədəni tədbirlər təşkil edilir.

Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Şanlı Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin keçirilməsi, bu zəfərlə bağlı sözügedən kateqoriyaya aid arasında təbliğat aparmağa qərar verdik"-deyə, Aida Səfərova bildirib.

Onun sözlərinə görə, Zəfər tarixini özündə əks etdirən tamaşa səhnələşdiriləcək: "Bu tamaşanın Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 2 nömrəli respublika xüsusi internat məktəblərində nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün primierası həyata keçiriləcək”.

Aida Səfərova deyib ki, səhnələşdirilən tamaşa 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanacaq. Bununla yanaşı 200 ədəd surdotərcümə kitabı çap olunaraq uşaqlar arasında paylanacaq. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar