SON XƏBƏRLƏR

İran Qeydiyyat İdarəsi 1 yaşlı Sevgiyə şəxsiyyət vəsiqəsi vermir

2021.12.30, 08:27
İran Qeydiyyat İdarəsi 1 yaşlı Sevgiyə şəxsiyyət vəsiqəsi vermir

Gunaz.tv

İran məmurları türk mənşəli "Sevgi" adının İran Qeydiyyat İdarəsinin tərtib etdiyi siyahıda olmadığını bəhanə edirlər.

Sevginin anası Rəna Balar özünün sosial media hesabında bununla bağlı etdiyi paylaşında bildirib ki, qızının bir yaşı tamam olsa da, ona şəxsiyyət vəsiqəsi ala bilməyib.

“Dey ayının 8-də (29 dekabr) qızım Sevginin bir yaşı tama oldu. Ancaq Təbrizin Qeydiyyat İdarəsinin irəli sürdüyü maneələrə görə, yəni Sevgi adı türkcə olduğu üçün ona şəxsiyyət vəsiqəsi ala bilməmişik”-deyə, Rəna Balar yazıb.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan”, “Alparslan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar