SON XƏBƏRLƏR

Siyasi partiya rəhbərləri Şuşaya getdilər

2021.10.20, 07:36
Siyasi partiya rəhbərləri Şuşaya getdilər

Gunaz.tv

Siyasi partiya liderləri səfər çərçivəsində Şuşa şəhərindəki tarixi və dini yerləri ziyarət edəcəklər.

Qeyd edək ki, bundan öncə siyasi partiya nümayəndələri Ağdam şəhərinə səfər etmişdilər.

Səfərdə iştirak edən Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, səfərə 50-dən çox siyasi partiya nümayəndəsi qatılıb. 

"Ümumilikdə, səfərdə 80-90 nəfərə  yaxın adam iştirak edir. Siyasi partiya rəhbərləri ilə birlikdə politoloqlar, media nümayəndələri də bizimlədir.

Bildiyiniz kimi, Şuşa səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə planlaşdırılmışdı. Hələlik səfər planına görə, Şuşadakı tarixi və dini yerləri ziyarət edəcəyik. Daha ətraflı məlumatları şəhərə çatdıqdan sonra dəqiq paylaşa bilərik”-deyə, o bildirib. 

Xatırladaq ki, bu Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə azad edilmiş ərazilərə edilən növbəti səfərdir. Daha öncə siyasi partiya nümayəndələri Ağdam şəhərini ziyarət etmişdilər. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar