SON XƏBƏRLƏR

“Kiyev sülh naminə ərazi güzəştinə getməyəcək” - Zelenski şərtləri açıqladı

2022.04.02, 09:00
“Kiyev sülh naminə ərazi güzəştinə getməyəcək” - Zelenski şərtləri açıqladı

Gunaz.tv

Bunu Amerikanın “FoxNews” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Həqiqətin qələbəsi Ukraynanın və ukraynalıların qələbəsidir. Məsələ müharibənin nə vaxt bitəcəyidir. Bu, dərin sual və ağrılı məsələdir. Qələbədən başqa, Ukrayna xalqı heç bir nəticəni qəbul etməyəcək", - deyə prezident  bildirib.

Sülh sazişinin imzalanması naminə Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:

"Biz ərazimizi alver etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur".

O, dünyanın aparıcı dövlətlərindən Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklər gözlədiyini vurğulayıb, həmçinin Ukraynanın NATO-nu daha da gücləndirməyə qadir olduğuna əmin olduğunu bildirib.

"Biz zəif dövlət deyilik. Bizi NATO hesabına gücləndirməyi təklif etmirik... Əksinə, biz lokomotivik. Hesab edirəm ki, biz Avropa qitəsinin mühüm tərkib hissələrindənik. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar