SON XƏBƏRLƏR

Kiyev səmasında İran istehsalı PUA-lar vurulub

2022.11.17, 13:41
Kiyev səmasında İran istehsalı PUA-lar vurulub

Gunaz.tv

Bu barədə “Unian“ Kiyev şəhərinin Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Həmçinin o da əlavə olunub ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər də zərərsizləşdirilib: “Son bir saat ərzində Kiyev üzərində Rusiya tərəfindən atılan 2 qanadlı raket zərərsizləşdirilib. 

Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları da vurulub”.

Ölən, yaralananlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, bu gün Kiyev vilayəti, Kiyev şəhəri və Ukraynanın bir sıra digər regionlarında hava həyəcanı siqnalı verilib.


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar