SON XƏBƏRLƏR

Liz Tras: “İranla nüvə danışıqları təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdaır”

2022.01.26, 11:10
Liz Tras: “İranla nüvə danışıqları təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdaır”

Gunaz.tv

Vyana müzakirələrinin çox ləngidildiyini vurğulayan Tras deyib ki, İranla aparılan danışıqlar gözlənilən nəticəni verməyib. 

“Qərbin nüvə razcılaşmasını canlandırmaq üçün İranla apardığı nüvə danışıqları artıq təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdadır. Bu təcili danışıqlardır, lakin təəssüflər olsun ki, danışıqlardakı irəliləyiş kifayət qədər sürətli deyil.

Biz müttəfiqlərimizlə yaxından əməkdaşlığımızı davam etdiririk. Lakin dediyim kimi müzakirələr təhlükəli və çıxılmaz bir vəziyyətə yaxınlaşır.

Hesab edirəm ki, hazırda İran artıq Qərblə saziş bağalamaq istədiyi və ya nüvə razılaşmasının (“Bərcam”ın) tamamilə məhvinin məsulu kimi tanınması variantlarından birini seçməlidir. 

Aydın məsələdir ki, əgər Vyanada aparılan danışıqlar uğursuz alınsa və 2015-ci ildə imzalanmış nüvə razılaşması tamamilə pozulub məhv edilsə İrana qarşı bütün seçimlər masa üzərindədir”, -deyə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras bildirib. 

بریتانیا یکی از کشورهای عضو توافق هسته ای برجام با ایران است

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar