SON XƏBƏRLƏR

“Hizbullah”a qarşı “boz qurdlar” var- “Rəsmi Bakı İsraildə açdığı nümayəndəliyi səfirliyə çevirə bilər”-Politoloq

2021.10.20, 07:36
“Hizbullah”a qarşı “boz qurdlar” var- “Rəsmi Bakı İsraildə açdığı nümayəndəliyi səfirliyə çevirə bilər”-Politoloq

Gunaz.tv

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Azərbaycanın İrana qoyduğu tələb haqlıdır.

“Etiraz etdik ki, Qarabağ separatçılarına yanacaq daşımayın, bu İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında bir kəlmə danışmadılar, əksinə Azərbaycan-İsrail münasibətlərini hədəfə aldılar. Əsas iddiaları belədir: “Sionist rejim İranla sərhəddə yerləşib”-deyə, Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Tehran hədə və ittihamlarına baxmayaraq rəsmi Bakının siyasəti dəyişməyəcək: “Aydındır ki, Tehran istəyir deyə Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, hətta mümkündür ki, rəsmi Bakı Tehranın təzyiqləri qarşısında bir neçə ay öncə İsraildə açdığı ticarət nümayəndəliyi rəsmən səfirliyə çevirsin. 

Elxan Şahinoğlu - Bioqrafiya.com

İran rəsmilərinin İsraillə bağlı Azərbaycana qarşı başqa bir iddiası da var: Guya bir neçə il əvvəl İran səmasında vurulan İsrailin pilotsuz uçuş aparatı Azərbaycan ərazisindən havaya qalxıb. 

Həmin pilotsuz uçuş aparatı guya kəşfiyyat xarakterli imiş. Azərbaycan üçüncü dövlətlərin öz ərazisindən İrana qarşı istifadəsinə yol vermir, bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ancaq rəsmi Bakı İranın Azərbaycandakı səfirinə xəbərdarlıq notası verdikdən sonra da İran Qarabağ separatçılarına yanacaq daşımaqda davam edib”. 

E.Şahinoğlu bildirir ki, İranın hazırki prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası Azərbaycana qarşı indiki siyasətini davam edərsə, bunun İrana heç bir faydası olmayacaq: “Tam əksinə, Azərbaycan özünü İran təhlükəsindən qorunmaq üçün İranın ehtiyat etdiyi təşkilat (NATO) və dövlətlərlə (Türkiyə, İsrail, Pakistan, ABŞ) hərbi əməkdaşlığını gücləndirəcək”. 

Mərkəz rəhbərinin fikrincə, İran rəsmiləri və dini dairələri Azərbaycanda İrana rəğbət bəsləyən qrupların artacağına və hakimiyyətə problemlər yaradacağına ümid edir. 

“Son zamanlar Azərbaycan vətəndaşları adından İsraili lənətləyən fikirləri internetdə yaymağa çalışırlar. “Hizbullah”ın bayraqlarını Azərbaycanda yaymağa çalışan insanlar da var. Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmadı. 

Ancaq Bakıdan Tehrana belə bir mesaj da göndərilməlidir ki, İran Azərbaycanda müxtəlif üsullarla tərəfdar qrupları formalaşdırmağa çalışarsa, Azərbaycan da İran daxilində oxşar fəaliyyətə başlaya bilər və bu mübarizədən İran daha çox zərərli çıxacaq, indinin özündə İran cəmiyyətində və ordusunda “boz qurd” işarəsi göstərənlərin sayı durmadan artır”. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar