İzmirdə Azərbaycana dəstək aksiyası keçirilib

2020-07-23 19:32

Türkiyənin İzmir şəhərində Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və işğalçı siyasət aparmasına etiraz məqsədilə aksiya keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, "Can Azərbaycan" platformasında birləşən qeyri-hökumət təşkilatlarının və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir İzmirin mərkəzindəki Konak meydanında baş tutub. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan yalnız deyil!", "İzmirdən Azərbaycana salam olsun!", "Can Azərbaycana canımız fəda!", "Səninləyik, Azərbaycan!", "Bir millət, iki dövlət!" kimi şüarların səsləndirildiyi aksiyada siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatlarının sədrləri, universitet müəllimləri, azərbaycanlı tələbələr, media təmsilçiləri və yerli ictimaiyyətin nümayəndləri iştirak ediblər. 


Aksiyaçıların arasında Azərbaycanın və Türkiyənin tanınmış müğənnisi, "O səs Türkiyə" musiqi yarışmasının qalibi Elnur Hüseynov da olub. O, "Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!" plakatını qaldırmaqla işğalçılara etirazını ifadə edib.


Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və ermənilərin hərbi təxribatları zamanı qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb. Aksiyada Azərbayan Türkləri və Dost Dərnəkləri Federasiyasının rəhbəri İsa Ambarcı, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri dr. Asif Kurban, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Gürsəl Özdəmir, Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa, Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədr müavini Murtaza Karaçanta, Protestan Baptist Kilisələri Dərnəyinin başçısı pastor Ərtan Çevik və İzmir Sivil Toplum Kuruluşları Konfederasiyasının rəhbəri Yalçın Kocabıyık çıxış ediblər.


Çıxış edənlər Azərbaycana qarşı hərbi təxribatları şiddətlə qınayaraq, Ermənistandan işğalçı siyasətindən əl çəkməsini, işgal altındakı qədim Azərbaycan torpaqlarını tərk etməsini tələb ediblər, dünya birliyini təcavüzkar dövlətin beynəlxalq hüquq normalarını və bütün insani dəyərləri kobudcasına tapdalamasına biganə qalmamağa, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19

gun az article

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib- FOTO

2020-10-19

gun az article

TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

2020-10-19

gun az article

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib- FOTO

2020-10-19

gun az article

MN: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-19

gun az article

Azərbaycan bayrağı Xudafərin körpüsündə

2020-10-18

gun az article

Moskvada Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun qurbanları anılıb

2020-10-18

gun az article

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb- FOTO

2020-10-18

gun az article

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”

2020-10-18

gun az article

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib - VİDEO

2020-10-18

gun az article

Ermənilər Ağcabədidə yaşayış məntəqəsini atəşə tutub, 1 mülki şəxs yaralanıb

2020-10-17

gun az article

Düşmənə məxsus növbəti zirehli texnikalar məhv edilib - VİDEO

2020-10-17

gun az article

Diplomatik korpusun nümayəndələri Gəncədədir - YENİLƏNİB

2020-10-17