Hüquq müdafiəçisi Jalə Təbrizli Yaşar Pirinin durumundan danışdı: "Həbsdən əvvəl səhhətində problem yox idi"

2021-03-19 09:49

Hüquq müdafiəçisi Jalə Təbrizli “Amerikanın Səsi”nə müsahibədə Güney Azərbaycan və Tehranda həbsdə olan türk fəalların durumundan danışıb

Gunaz.tv Quote | Gunaz article

Hüquq müdafiəçisi habelə son vaxtlar baş verən həbslər və fəallara qarşı çıxarılan məhkəmə hökmləri haqqında da məlumat verib. O, həmçinin İranda insan haqları məsələləri üzrə BMT-nin xüsusi nümayəndəsi Cavid Rəhmanın yeni hesabatına da münasibət bildirib.

Keçən fevral ayında Beynəlxalq Ana Dili Günündə nəzarət altına alınana Yaşar Pirinin durumunadan bəhs edən Jalə Təbrizli bildirib ki, milli fəal saxlanıldıqdan bir neçə gün sonra mülki zəmanətlə sərbəst buraxılıb. Sonra xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, Yaşar Piri nəzarətdə qaldığı müddət ərzində ağır işgəncələrə məruz qalıb. Buna görə də səhhətində ciddi problem yaranıb.

O, Pirinin keçmişdə də işgəncəyə məruz qaldığını bildirir:
“Yaşar Piri və qardaşı (Ruzbeh) 2019-cu ilin noyabr ayında benzinin bahalaşması ilə bağlı baş verən etiraz aksiyalarında iş yerində və kitabxanada tutuldular. Onları Təbrizin “Sepah”ı (İslam İnqilabı Keşikçiləri Qvardiyası) 26 gün saxlayıb işgəncə verdikdən sonra həbsxanaya köçürdü. Yaşar Piri sonra yenidən “Sepah”a qaytarıldı. Sonunda qardaşlar mülki zəmanətlə azad olundular. Yaşar daha əvvəl bir də Urmiyə gölünün qurudulmasına qarşı etiraz aksiyalarında iştiraka görə tutulub və 3 ay həbs və 30 şallaq zərbəsinə məruz qalıb”.

“Yaşar Pirini bu yaxınlarda yenə tutdular. Amma tutanda ona çox işgəncə vermişdilər. Boğazına bibər qazı vurmuşdular. Nəticədə ağciyərlərinə zərər dəymişdi. Başından zərbələr endirmiş, ayaqlarını bağlayıb yerdə sürümüşdülər. Ailəsinin dediyinə görə, onun tutulmadan əvvəl səhhətində heç bir problem, narahatlıq yox idi”-deyə, hüquq müdafiəçisi bildirib.

J.Təbrizli bildirib ki, Yaşar Piri mülki zəmanət qarşılığında sərbəst buraxıldıqdan bir müddət sonra xəstəxanaya yatırılıb.

“Xəstəxanada bəlli oldu ki, böyrəklərində problem yaranıb. Dializ etdilər. Şəklə baxanda açıq görünür ki, işgəncə verilib. Çünki ayaqlarında işgəncənin izləri qalıb. Bu xəstəliyi də işgəncədən olub. Böyrəkləri döyülməkdən elə olub. Bu vəziyyətlə bağlı Yaşar Pirinin vəkili üst qurumlara şikayət edib”-J. Təbrizli əlavə edib.

 

Yaşar Piri Təbriz xəstəxanasında

Qeyd edək ki, bir müddət öncə social şəbəkələrdə “Mən Dilimlə Yaşaram” həştəqi ilə Yaşar Piriyə dəstək kampaniyası təşkil edilib.

Jalə Təbrizli bir çox milli fəalın saxlanıldıqları zaman məmurlar tərəfindən zorakılığa məruz qaldığını bildirib:

“Təhlükəsizlik qüvvələri milli fəalları tutduqdan sonra onlara çox əziyyət verirlər. Onları döyür, müxtəlif yerlərinə zərbələr endirirlər. Qarabağda erməni işğalına etiraz və Azərbaycan ordusuna dəstək aksiyalarında milli fəal Pərviz Siyabiyə dəhşətli işgəncələr vermişdilər. Milli fəal Əli Xeyrcunun damdan evinə girib xanımını döymüşdülər. Xanımının şəklindən gördük ki, qolları döyülməkdən göyərmişdi”.

Hüquq müdafiəçisi işgəncə hallarının əvvəllər də olduğunu, lakin son zamanlar milli fəallara qarşı daha da çox tətbiq edildiyini bildirib.
 


C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04