Jan İv Le Drian: “İran, raket proqramı ilə bağlı nigaranlıqları aradan qaldırmasa yeni sanksiyalar təhlükəsiz ilə üz-üzə qalacaq”

04.03.2018, 23:03

GünAzTV: Fransanın xarici işlər naziri Jan İv Le Drian, martın 4-də Tehrana səfərindən bir neçə saat əvvəl jurnalistlərə açıqlamasında İranın ballistik raket proqramından və bu ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasından danışıb.

 

Jan İv Le Drian deyib ki, əgər rəsmi Tehran, beynəlxalq ictimaiyyətin nigaranlığına səbəb olan ballistic raket proqramı ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırsa, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək: “İran ballistic raket proqramını davam etdirir. Bu raketlər, neçə min kilometr məsafəni qət etmək gücünə malikdir. Bu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri pozur. Bu, İranın öz sərhədlərini qorumaq üçün lazım olan məsafədən qat-qat çoxdur. Hesab edirik ki, əgər bu problem öz həllini tapmasa və İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmağı davam etdirsə, bu ölkə, yeni sanksiyalar təhlükəsi ilə üz-üzə qalacaq”.

 

Qeyd edək ki, Tehrana iki günlük rəsmi səfərində, Jan İv Le Drianın İran prezidenti Həsən Ruhani, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşü gözlənilir. Görüşdə, iki ölkə arasında qarşılıqlı əlaqələr, beynəxalq və regional məsələlər barədə danışıqlar aparılacağı bildirilir.

 

 

Xatırladaq ki, İran Silahlı Qüvvələrnin baş qərargah rəisinin müavini Məsud Cəzayiri, Fransa xarici işlər nazirinin Tehrana səfərindən bir gün əvvəl (martın 3-də) jurnalistlərə açıqlamasında ölkənin raket proqramı haqda danışıqlar aparılması üçün İranın şərtindən danışıb: “İranın raket proqramının gücünün məhdudlaşdırılması üçün səsləndirilən bəyanatlar, amerikalıların regional məğlubiyyətlərinin nəticəsidir. Bu, onların əlçatmaz arzularıdır. İranın raket proqramı barədə müzakirələr aparmaq üçün bizim Qərbə bir şərtimiz var: Əvvəlcə Amerika və Avropanın nüvə silahları və onların uzaqmənzilli raketləri məhv edilməlidir”.

 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23