SON XƏBƏRLƏR

Jurnalist və fotoqraf Nuşin Cəfəri azadlığa buraxılıb

2021.10.20, 07:36
Jurnalist və fotoqraf Nuşin Cəfəri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: İranda insan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar Jurnalist və fotoqraf olan Nuşin Cəfərinin azadlığa buraxılması barədə məlumat yayıblar.

 

Xanım Cəfəri cari ilin avqustun 5-də “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən saxlanmışdı. İran məhkəmə sistemi ona qarşı “imam Hüseyni və əzadarlıq mərasimlərini təhqir etmə”, eləcə də “dövlət əleyhinə təbliğat” ittihamları ilə cinayət işi açıldığını bəyan etmişdi.

 

Saxlanmasından 3 həftə sonra Nuşin Cəfərinin sosial şəbəkələrdə saxta hesabın ona məxsus olduğunu qəbul etməsini “etiraf” etməsi üçün istintaq prosesində təzyiqlərə məruz qaldığını ehtiva edən səs yazısı yayılmışdı.

 

Səs yazısını yayan Şiva Nəzərahari bildirmişdi ki, “Sepah”ın müstəntiqləri “yare dəbestani” (məktəb sevgilisi) adı altında fəaliyyət göstərən və dini təhqir edən səhifəni idarə etməsini zorla xanım Cəfərinin boynuna qoymaq üçün ona təzyiq və psixoloji işgəncələr verirlər.

 

Nuşin Cəfərinin bacısı Şəhrzad Cəfəri onun sözügedən səhifə ilə heç bir bağlantısının olmadığını bildirmişdi. O da bacısının həbsi ilə bağlı bəzi qaranlıq məqamları aydınlaşdırdığı üçün sentyabrın 1-də həbs edilmiş, qısa müddətdən sonra buraxılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar