Qəzvində su böhranı: 194 kəndin əhalisi içməli su qıtlığı çəkir

23.10.2021, 12:20

Qəzvin əyalətinin 15 şəhərində içməli su kvota ilə verilir və 194 kəndə su çatışmazlığı böhran səviyyəsinə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Bununla yanaşı bir sıra bölgələrdə, özəlliklə Abyek şəhərində içməli su çatışmır. Üstəlik əhaliyə az miqdarda verilən su da keyfiyyətsizdir.

Buna baxmayaraq, bölgənin su çatışmazlığının aradan qaldırılması üçün 2017-ci ildə tikintisi nəzərdə tutulan Taliqan su bəndinin inşası da yarımçıq qalıb.

Layihənin layihənin yarımçıq qalmasına səbəb vəsasit çatışmazlığıdır. 

“Qəzvin əyaləti üçün əhəmiyyətli və həyati məsələ olan layihənin icrasına lazım olan vəsaitin ödənilməsi dövlətin imkanından xaric olduğu üçün iş gecikib”-deyə, Qəzvin əyalətinin valisi Hidayətullah Camalipur mediaya verdiyi açıqlamada bildirib.

Camalipur hal-hazırda layihənin icrasının özəl sektora verildiyini və icra xərclərinin 60 milyard tüməndən 270 milyard tümənə artdığı üçün yeni mali qaynaqlar axtardıqlarını qeyd edib.

Qəzvin, Abyek və Əlborz mahallarının İran parlamentindəki nümayəndəsi Lütfüllah Siyahkəli Muradi də, layihənin icrası üçün dövlətin vəsait ayırmaq gücündə olmadığını və problemin həlli üçün özəl banklardan biri ilə andlaşma imzalandığını deyib.

O, əyalətin su qaynaqlarından düzgün istifadə edilmədiyini bildirib. Onun sözlərinə görə, yarıtmaz idaretmə nəticəsində Qəzvin düzənliyində torpaq çökməsi böhran həddinə çatıb.

Lütfüllah Siyahkəli Muradi əlaqədar qurumların və məsulların bu günə kimi problemin həllinə çalışmadığını vurğulayıb.

Qəzvin əyalətinin Regional Su Şirkətinin başçısı Yədulla Məliki isə bildirib ki, bu günə kimi layihənin icrası üçün 160 milyard tümən vəsait əldə edə biliblər.

“İşin davam etməsi üçün daha 100 milyard tümənə ehtiyac var və layihənin sonuna qədər lazim olan vəsaitin 300 milyard tümənə kimi yüksələcəyi proqnozlaşdırılır”-deyə, Məliki qeyd edib.

Məlikinin sözlərinə görə, “Taliqan” su bəndi layihəsinin tamamlanmasından sonra əyalətin su çatışmazlığı olan bölgələrinə su ötürülməsi işlərinin görülməsi üçün 3 il vaxt və 2600 milyard tümən budcə lazımdır.

C.E  

هدایت‌الله جمالی‌پور استاندار قزوین شد - قدس آنلاین | پایگاه خبری - تحلیلی
Hidayətullah camalipur-vali

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18