SON XƏBƏRLƏR

Kürd millət vəkili Urmu gölünə su çəkilməsinə qarşı çıxıb

2022.07.14, 08:49
Kürd millət vəkili Urmu gölünə su çəkilməsinə qarşı çıxıb

Gunaz.tv

O, Urmu Gölünün Bərpası Qərargahının fəaliyyətinin səmərəsiz olduğunu bəhanə gətirərək Zab çayından gölə su buraxılmasının mənasız olduğunu iddia edib.

"Gölə suötürücü tunelin tikintisindən sonra Piranşəhrdə yeraltı suların səviyyəsi azalıb, bulaqlar və quyular quruyub. Bir neçə onilliklər ərzində əkinçiliklə məşğul olan piranşəhrlilər bu gün bir çox problemlərlə üzləşiblər.

Piranşəhrlilər niyə bu böhranla üzləşməlidirlər?"-deyə, Kamal Hüseynpur İran parlamentindəki çıxışında bildirib.

O, Urmu gölünün bərpasına müsbət yanaşmalarına baxmayaraq, Zab çayından su çəkilişinin qəbul edilməz olduğunu söyləyib.

Bundan bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin kürd millət vəkili Calal Mahmudzadə də bölgədə olan su anbarlarından Urmu gölünə su  ötürülməsinə etiraz etmişdi. 

Qeyd edək ki, Kamah Hüseynpurun iddia etdiyi tuneldən bu günə kimi Urmu gölünə bir damla belə su ötürülməyib və layihə yarımçıq qalıb.

Urmu gölünün quruması nəticəsində baş verən ekoloji fəlakət bölgənin türk əhalisinin köçünün sürətlənməsinə səbəb olacağı üçün bu, Tehran hökuməti ilə yanaşı Qərbi Azərbaycan torpaqlarına iddia edən və burada yerləşmək istəyən kürdlərin də işinə yarayır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar