Hörmüzqan əyalətinin məhkəmə sisteminin başçısı Müctəba Qəhrəmani İran körfəzində 11 milyon litr yanacaq daşıyan xarici neft tankerinin SEPAH-ın dəniz qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb.
O, neft tankerində olan yanacağın qaçaq olduğunu iddia edib və gəmi heyətinin bütün üzvlərinin həbs edildiyini deyib.
Oktyabrın 31-də İran mediasına açıqlama verən Qəhrəmani gəminin hansı ölkəyə məxsus olduğu. həbs edilən heyətin sayı və başqa təfərrüatlar barədə məlumat verməyib.
Timur