Kanada məhkəməsi Xamneyini terrorçuluqda ittiham etdi- 1 milyardlıq təzminat davası açılır

2021-05-21 18:05

​​​​​​​Kanada məhkəməsində İranın ali dini lideri Seyidəli Xamneyi haqqında qərar çıxarılıb. Türkiyə mediasının verdiyi məlumata görə, Xamneyi terror cinayətində ititham olunur. 

Gunaz.tv Quote | Gunaz article

Kanadanın Ontario vilayətinin məhkəməsi çıxardığı qərarda İranın ali lideri və dövlətin digər yüksək rütbəli rəsmiləri Ukraynaya aid sərnişin təyyarəsinin vurulmasında suçlandırılır. 

Kanada məhkəməsi bu işə təyyarədə həlak olan 4 nəfərin yaxın qohumları tərəfindən verilən şikayət əsasında baxıb.  

Məhkəmə təyyarənin vurulmasını terror fəaliyyəti kimi qiymətləndirib. Məhkəmə qərarında İran İslam Respublikası, İran Silahlı Qüvvələri, İnqilab Keşikçiləri Qvardiyası, İranın ali dini lideri Seyidəli Xamneyi, habelə Məhəmməd-Hüseyn Əfşardi, Hüseyn Salami, Seyid Əbdülrəhim Musavi və Əmir Əli Hacızadə terror aktının təşkilində ittiham edilir. 

“Xamneyi ilk dəfə terror cinayətindən məhkum edilir. Bu məhkəmə davasını qohumları həlak olan 4 nəfərlə birlikdə açmışıq. Bu ilk addımdır. Məhkəmədə qalib gəldik. Müvafiq hüquqi prosedurlar başa çatdırdıqdan sonra İrana 1 milyard dollarıq təzminat davası açacağıq”-deyə, məhkəmə davası açan Mehrzad Zarei bildirib.

Qeyd edək ki, 8 yanvar 2020-ci il tarixində Ukrayna “Hava Yolları Şirkəti”nə aid "Boeing 737"  markalı sərnişin təyyarəsi Tehran hava limanından havaya qalxdıqdan az sonra vurulub. Xomeyni Beynəlxalq Hava Limanından qalxan təyyarənin İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) tərəfindən raketlə vurulduğuna dair iddialar var idi. 

Terror aktı zamanı həlak 176 sərnişindən 63-ü Kanada vətəndaşı olub.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22

gun az article

Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

2021-07-23